Kənd təsərrüfatı naziri Heydər Əsədov Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rəisi Nazim Babayevi vəzifəsindən azad edib. Bu barədə nazirliyin saytında məlumat verilir.
“Həmçinin müfəttişliyin baş mühasibi Vahid Niyazəliyev də vəzifəsindən azad edilib. Buna qeyd olunan şəxslərin işdə ciddi nöqsanlara yol vermələri səbəb olub. Çərşənbə axşamı H.Əsədovun rəhbərliyi altında Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin fəaliyyəti ilə bağlı iclasın yekunları üzrə müvafiq qərar qəbul edilib”, - deyə məlumatda qeyd olunur.
İclasda, həmçinin Bakı şəhəri Dövlət Texniki Nəzarət Müfəttişliyinin fəaliyyəti barədə məruzə dinlənilib.
Nazir müfəttişliyin müasir tələblər səviyyəsində yenidən qurulması, elektron uçot sisteminin təşkili, hüquqi bazanın yaradılması və sürücülük vəsiqələrinin verilmə mexanizminin təkmilləşdirilməsi məqsədilə nazirliyin müvafiq şöbələrinə tapşırıq və tövsiyələrini verib.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət