“İnterfaks-Azərbaycan” agentliyinin ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Pyer Andrie ilə müsahibəsi
- Son aylar Dağlıq Qarabağ münaqişə zonasında gərginlik hökm sürür. Siz regiondakı vəziyyəti necə qiymətləndirirsiniz? Azərbaycan və Ermənistan arasında müharibənin yenidən alovlanma təhlükəsi varmı?
- Mən vasitəçi kimi öz həmsədr həmkarlarımla və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə gərginliyin əlbəttə ki, azalmasına tərəfdaram. Biz təəssüf edirik ki, gərginlik artır, tərəflər tez-tez iriçaplı silahlardan istifadə edirlər. Həmçinin dinc əhaliyə də atəş açılır. Bu, hadisələrin çox xoşagəlməz inkişafıdır.
Xatırladım ki, ötən il Azərbaycan və Ermənistan prezidentləri arasında 3 görüş keçirilib. Bildiyiniz kimi, sonuncu sammit Parisdə baş tutub, prezident Fransua Olland İlham Əliyevi və Serj Sarqsyanı dəvət etmişdi. Buna baxmayaraq, münaqişə zonasında gərginlik qalmaqdadır və üstəlik getdikcə artır.
Biz indi həmsədrlərlə görüşəcək və vasitəçilik işimizin gücləndirilməsi yollarını müzakirə edəcəyik.
- Görüş harada keçiriləcək?
- Romada. Bildiyiniz kimi, Minsk Qrupunun bütün ölkələri bizi dəvət edib. Bu dəfə biz bir neçə gündən sonra Romada görüşəcəyik və bu problemi müzakirə edəcəyik. “Biz vəziyyəti müzakirə etmək və gərginliyin azalmasına xidmət edəcək hansısa mexanizmə və ya razılaşmaya nail olmaq üçün qısa müddət ərzində xarici işlər nazirlərinin, bundan sonra isə prezidentlərin görüşünün baş tutmasını və danışıqların başlamasını istəyirik.
Yeri gəlmişkən, son zamanlar Minsk Qrupunun həmsədrləri həqiqətən Avropa ölkələrinə tez-tez səfərlər edir, orada Qarabağ problemini müzakirə edirlər.
Bəli, elə bu barədə danışıram. Biz Minsk Qrupuna üzv ölkələrdə görüşlər keçiririk. Mənim bu vəzifədə olduğum bir il ərzində biz Berlində, Helsinkidə olduq. İsveçrədə olduq, həmin dövrdə bu ölkə ATƏT-ə sədrlik edirdi. Biz Minskdə də olduq. Əslində Minsk Qrupunun Minskdə görüşməsi normaldır. Yeri gəlmikən, Belarus hakimiyyəti bizi çox yaxşı qarşıladı. Biz bu ölkənin xarici işlər nazirinin müavini ilə görüşdük, ciddi söhbət apardıq. Biz bilirik ki, Belarus hazırda aktiv diplomatik fəaliyyət göstərir, o cümlədən də Ukraynada. Onlar da Dağlıq Qarabağ probleminin nizamlanmasına kömək etməyə hazır olduqlarını bildirdilər. İndi isə Romaya gedirik.
Mövzunun davamı olaraq Almaniyanın həmsədr ölkələrin tərkibinə daxil olacağıan dair söhbətləri necə şərh edərdiniz?
- Mən bilmirəm bu şayiələr haradan yayılır. Biz öz tərəfimizdən bu informasiyanı yoxladıq, bu barədə Almaniya tərəfinin nümayəndələrindən xəbər aldıq. Onlar dedilər ki, belə bir ideya heç bir zaman olmayıb, federal kansler də bu barədə danışmayıb. Mən bilmirəm bu barədə kim danışıb, lakin belə bir məsələ yoxdur.
Digər tərəfdən Almaniya Avropa İttifaqının əsas üzvlərindən biri olaraq müxtəlif münaqişlərin nizamlanmasında, o cümlədən Qarabağ münaqişəsinin nizamlanmasında böyük rol oynamaq istəyir. Məlum olduğu kimi, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi cənab Zalber almandır. Yeri gəlmişkən, biz onunla tez-tez görüşürük. Bu yaxınlarda biz onunla Parisdə görüşdük və Avropa Komissiyası qarşısında birgə çıxış etdik. Ümumiyyətlə bizim onunla kifayət qədər sıx əlaqəmiz var. Lakin təkrar edirəm, heç kim formatın dəyişməsi barədə danışmayıb. Mən hesab edirəm ki, bu olmayacaq, heç bir ölkə bunu istəmir. Biz bilirik ki, həm Azərbaycanda, həm də Ermənistanda həmsədrlərə çox böyük etimad var. Biz ciddi şəkildə işləyirik. Hər dəfə Azərbaycana və ya Ermənistana gedəndə bizi yüksək səviyyədə qarşılayırlar. Beləliklə, proses normal gedir.
İrəvan müntəzəm olaraq Azərbaycanı danışıqların formatını dəyişmək cəhdində ittiham edir. Başqa sözlə, fomat dəyişikliyi barədə söhbət getmir, belə deyilmi?
Rəsmi olaraq yox. Ola bilər ki, mətbuatda kimsə nə isə bəyanat verir, lakin bütün bunlar qeyri-rəsmidir. Azərbaycan və Ermənistanın rəsmi mövqeyi mövcud formatı dəstəkləməkdən ibarətdir.
Qarabağ münaqişəsinin nizamlanmasının açarlarının Moskvanın əlində olduğu bildirilir. Siz Rusiyanın münaqişənin həllində müstəsna rolu barədə nə deyə bilərsiniz?
Əlbəttə. Rusiyanın Cənubi Qafqazla qədim tarixi əlaqələri var. Bildiyiniz kimi, Minsk Qrupu Rusiya, ABŞ və Fransanı təmsil edən üç diplomatdan ibarətdir. Rusiya nümayəndəsi bu formatda layiqli rol oynayır, biz birlikdə yaxşı işləyirik, kənardan heç bir təsir yoxdur.
Amma mətbuatda yazılır ki, tərəflərdən biri öz maraqlarını düşünür.
Mətbuatı mən də izləyirəm. Hər bir halda deyə bilərəm ki, bizim formatda hər şey yolundadır, heç bir fikir ayrılığı yoxdur. Biz üçümüz ATƏT çərçivəsində sülh və sabitliyin bərpa olunması üçün əlimizdən gələni edirik.
-Belə bir fikir yayılıb ki, Ukraynadakı dramatik hadisələr Dağlıq Qarabağ münaqişəsi kimi münaqişələrə diqqəti artırdı. Siz bu problemə diqqətin artdığını hiss edirsinizmi?
Bilmirəm bu Ukrayna ilə bağlıdır ya yox, mühakimə yürüdə bilmərəm. Lakin təkcə ötən il prezidentlər səviyyəsində 3 dəfə görüş olub. Bu onu göstərir ki, beynəlxalq birlik getdikcə qeyd olunan problemə daha çox maraq göstərir. Bu maraq həm də ona görə artıb ki, münaqişə zonasında gərginlik daha da güclənib. Bu qeyri-sabit vəziyyət də çox təhlükəlidir və əlbəttə, çox pis nəticələrə gətirib çıxara bilər.
Azərbaycan tez-tez deyir: “Yenidən velosiped icad etməyə ehtiyac yoxdur, dünyada milli azlıqların dövlətin ərazi bütövlüyünü pozmadan muxtariyyət formatında yaşaması modeli mövcuddur”. Necə hesab edirsiniz, hər münaqişənin öz xüsusiyyəti var yoxsa onların həlli üçün vahid mexanizm tətbiq edilə bilər?
Hə ikisi ola bilər. Dondurulmuş münaqişələr də daxil olmaqla bütün münaqişələrin özünün müəyyən mahiyyəti var. Məsələn, mən Moldovada səfir işləmişəm. Dnestryanı münaqişədə Dnestrin hər iki sahilində yaşayan əhali etnik cəhətddən eynidir. Dil baxımından hər iki tərəf rumın, rus və hətta Ukrayna dillərində danışır. Heç bir dini fərq yoxdur, eyni inanca sahibdirlər. Bu bir. Başqa model də var - Dağlıq Qarabağ modeli. Burada vəziyyət fərqlidir. Mən bilmirəm bütün münaqişələri nizamlamaq üçün vahid sistem yaratmaq mümkündürmü? Bu, çox çətindir. Lakin eyni zamanda nizamlama prinsipləri mövcuddur ki, bu da hamıya məlumdur. Onlar BMT, ATƏT və digər təşkilatların xartiyalarında öz əksini tapıb. Bu prinsiplər bütün münaqişələrə tətbiq edilməlidir.
Bazar günü qondarma “Dağlıq Qarabağ Respublikası”nda parlament seçkiləri keçiriləcək. Həmsədrlərin adından hər hansı bəyanatın verilməsi gözlənilirmi?
-Bəli, əlbəttə. Minsk Qrupunun həmsədrlərinin həmişəki kimi bəyanatı olacaq.
Bu seçkilərin qanuniliyinin tanınmaması barədə?
Bəli. Bu qondarma “Dağlıq Qarabağ Respublikası”nı heç kim tanımır. Bizim üçün də bu seçkilər qeyri-legitim olacaq. Biz hər dəfə belə bəyanatlar veririk.
Azərbaycanın xarici işlər naziri son zamanlar dəfələrlə İrəvanı təfərrüatlara varmamağı, Böyük sülh sazişi üzərində işləməyə çağırıb. Bu barədə nə deyə bilərsiniz?
Biz də bunu çox istərdik və biz bu prosesə başlamağa çalışırıq. Lakin əvvəlcə tərəflər arasında etimad yaranmalıdır. Təəssüf ki, hələlik etimad yaranmayıb. Amma biz bu istiqamətdə də çalışırıq, bu barədə düşünürük.
- Yeri gəlmişkən etimad tədbirlərinin möhkəmləndirilməsi haqqında danışarkən, xatırladım ki, Azərbaycan və Ermənistan ziyalıları hər iki ölkənin Moskvadakı səfirlərinin vasitəçiliyi ilə bir neçə dəfə görüşüblər. Belə əlaqələrin bərpa olunmasına dair hər hansı ideya varmı?
-Bəli, bu, elə etimad tədbirlərindən biridir. Belə tədbirlər çoxdur. Paris sammiti zamanı hər iki prezident, hətta üç prezident etimad tədbirləri paketinə dair razlığa gəliblərr. Bunlardan biri bəyənilib, bu, daha çox humanitar xarakter daşıyır.
Söhbət nədən gedir?
Bu, Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) himayəsi altında itkin düşənlər haqqında məlumatların toplanması ilə bağlıdır. Bu ideya artıq işləməyə başlayıb, həm Azərbaycan, həm də Ermənistan tərəfindən bəyənilib, BQXK artıq işləməyə başlayıb. Lakin bu iş yavaş gedir, çünki axtarmaq, DNT nümunələrini tutuşdurmaq lazımdır. Əsas odur ki, onlar artıq işləməyə başlayıblar, biz BQXK-ya inanırıq, çünki onun nümayəndələri çox təcrübəli insanlardır, nəyi necə etməyi çox yaxşı bilirlər, eyni zamanda, kənardan siyasi təzyiqi sevmirlər.
Əlbəttə, bu, kiçik bir tədbirdir, lakin digər tərəfdən itkin düşən qohumları olan ailələr üçün çox vacibdir. Biz başa düşürük ki, hər iki tərəfdən çoxlu itkinlər var, buna görə bu, çox önəmlidir. Oğlu, atası və digər yaxınları itkin düşmüş şəxsləri təsəvvür edin. Artıq 20 il keçib. Bu dəhşətlidir. Bizim məşğul olduğumuz iş kiçik etimad tədbiridir və artıq həyata keçirilməyə başlayıb. Lakin biz ümid edirik ki, hər iki tərəf digər etimad tədbirlərini də həyata keçirmyə başlayacaq.
Söhbət etdi Fuad Hüseynzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət