Çexiya dünən Azərbaycanın Dağlıq Qarabağ regionunda keçirilmiş qondarma “parlament seçkiləri”ni tanımır. Bu barədə Çexiyanın Xarici İşlər Nazirliyi bəyan edib.
“3 may 2015-ci il tarixində Azərbaycanın işğal olunmuş ərazisində - Dağlıq Qarabağda qondarma “parlament seçkiləri” keçirilib. Bununla əlaqədar Çexiya XİN bəyan edir ki, Çexiya Respublikası həmin seçkilərin keçirildiyi konstitusional və hüquqi çərçivələri tanımır”, - deyə bazar ertəsi Çexiya XİN-in saytında dərc edilmiş bəyanatda bildirilir.
Bəyanata əsasən, rəsmi Praqa “inanır ki, bu cür birtərəfli hərəkətlər qarşılıqlı etimadın güclənməsi və Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əlverişli şəraitin yaradılmasına töhfə vermir”.
“Çexiya Respublikası bu münaqişənin suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınan sərhədlərin toxunulmazlığı prinsipləri də daxil olmaqla, beynəlxalq hüquq prinsipləri əsasında həllini dəstəkləyir.
Sənəddə, həmçinin deyilir ki, Praqa ATƏT-in Minsk Qrupunun və onun həmsədrlərinin fəaliyyətini tam dəstəkləyir, münaqişəyə cəlb edilən bütün tərəfləri sülh prosesinə çağırır.
Qeyd edək ki, daha əvvəl Gürcüstan və Ukrayna XİN-ləri də analoji bəyanatla çıxış ediblər.
F.İsazadə
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət