01.05.2015 tarixindən etibarən NIKOIL | Bank-ın məhsul siyahısına daha yenisi əlavə olundu - NIKOIL | FOREX.
Nikoil | Forex, bankın elektron sistemi olan Nikoil | Trader-in köməyi ilə beynəlxalq maliyyə bazarına çıxış və eyni zamanda ticarət əməliyyatları aparmağa imkan yaradır. Nikoil | Trader proqram təminatı MetaQuotes Software Korporasiyasının MetaTrader4 sistemi əsasında hazırlanmışdır. Bu şirkət sadə interfeys və güclü texnoloji həlləri ilə digərlərindən fərqlənir.
Məhsul, valyuta risklərinin sığortalanması üçün eyni zamanda həm qısamüddətli spekulativ əməliyyatlar, həm də uzunmüddətli əməliyyatlar həyata keçirən investorlar üçün nəzərdə tutulmuşdur.
Bütün əməliyyatlar onlayn, İnternet vasitəsilə aparılır.
İnvestorlara valyuta cütlükləri, qiymətli daşlar (qızıl və gümüş) və eyni zamanda neft brendli Brent və WTI-ın CFD-si (müxtəliflik üçün müqavilələr) və dünyanın öndə gedən fond birjalarının indekslərini də daxil etməklə yüzlərlə ticarət alətləri təqdim olunur.
Platformanın pulsuz demo versiyası ticarət strategiyalarını test etmək üçün, həqiqi versiya isə real ticarət üçün nəzərdə tutulmuşdur. Eyni zamanda məhsulun bütün üstünlüklərindən rahat şəkildə istifadə edə bilmək üçün pulsuz mobil versiya da təqdim olunub. Proqram bütün mobil avadanlıqlarda və tabletlərdə rahat şəkildə istifadə olunur.
Sifarişlərin dərhal icrası, rəqabətə davamlı yayımlar, əmsalın 500:1-ə qədər təqdim olunması imkanı, faizlərin hesablanması ilə olan SVOP-lar və ya faizsiz hesablar, pozisiyanın sığortalanması imkanı, 24 saat dəstək NİKOİL | Forex-in əsas üstünlüklərindəndir.
Məhsula məxsus xüsusi dizaynda yaradılmış forex.nikoil.az rəsmi səhifəsində, Nikoil | Forex-lə bağlı bütün məlumatlar, ticarət platformasının bütün versiyalarını yükləmək üçün ətraflı yollar və real zamanda iqtisadi xəbərlərlə tanış ola biləcəksiniz.
Bundan başqa, müştərilərə bazarın ümumi görünüşü, əksər ticari alətlər tərəfindən aparılan texniki və fundamental analiz təqdim olunacaq.
Beynəlxalq maliyyə bazarına investisiya qoyuluşu etmək istəyənlər, Üzeyir Hacıbəyov küçəsi 27, Bakı, AZ1000 ünvanında yerləşən, Bankın Broker xidmətləri üzrə bölməsinə müraciət edə bilərlər.
Tezliklə, Nikoil | Forex təkcə Bakıda deyil, Respublikanın regionlarında da yerləşən Bankın 21 satış nöqtələrində fəaliyyət göstərəcək.
Nikoil | Forex, xüsusi aksiyalar və kampaniyalarla bağlı bütün məlumatlar üçün (012) 981 (5555) qısa nömrəsinə zəng edə, [emailprotected] mail adresinə yaza və ya sadəcə forex.nikoil.az rəsmi səhifəsini ziyarət edə bilərsiniz.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət