Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı regiondakı geosiyasi vəziyyət nəzərə alınaraq, Azərbaycanla İran arasında din sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacib olduğunu hesab edir.
DQİDK-nın mətbuat xidmətindən çərşənbə axşamı verilən məlumata görə, İranın xarici işlər nazirinin müavini İbrahim Rəhimpur ilə Tehranda görüş zamanı komitə sədri Azərbaycanda din-dövlət münasibətlərindən danışıb.
M.Qurbanlı bildirib ki, din sahəsində əməkdaşlıq etməklə yüksək səviyyəli dini kadrlar yetişdirmək və təcrübə mübadiləsi aparmaq olar. O, İslamın humanist din olmasının gənclərə çatdırılması baxımından savadlı din xadimlərinin yetişdirilməsinin zəruriliyini qeyd edib.
“Əks təqdirdə radikal dini qruplaşmalar təbliğat aparıb gəncləri öz tərəflərinə çəkərək onları terrorçuluğa və digər münaqişələrə cəlb edə bilərlər”, - deyə M.Qurbanlı bildirib.
O deyib ki, Yaxın Şərqdə baş verən münaqişələr onu göstərir ki, İslam dinindən sui-istifadə edilir.
“Bu hallar dünya ictimaiyyətində İslam dini barədə yanlış fikrin formalaşmasına səbəb olur. Bununla əlaqədar İranın din sahəsində Azərbaycanla əməkdaşlığı zəruridir”, - deyə M.Qurbanlı vurğulayıb.
Komitə sədri Bakı ilə Tehran arasında münasibətlərin inkişafına da toxunaraq, ikitərəfli əlaqələrin möhkəmləndiyini qeyd edib. Onun sözlərinə görə, iki dövlətin siyasi rəhbərliyi Azərbaycan və İran xalqlarının maraqlarına uyğun siyasət yürüdürlər.
“Mehriban qonşuluq, dostluq və qardaşlıq bu münasibətlərin əsasını təşkil edir”, - deyə o söyləyib.
Öz növbəsində İ.Rəhimpur İranın din sahəsində Azərbaycanla əməkdaşlıq etməyə hər zaman hazır olduğunu bildirib. O qeyd edib ki, Tehran radikal dini qrupların fəallaşmasının qarşısını almaq istiqamətində addımlar atır.
Nazir müavinin sözlərinə görə, ölkələr arasında həlli mümkün olmayan problem yoxdur.
İ.Rəhimpur qeyd edib ki, bəzi qüvvələr iki dost ölkənin münasibətlərinə xələl gətirərək öz mənafelərini güdməyə çalışır. Lakin onlar buna nail ola bilməyəcəklər.
Nazir müavini, həmçinin qeyd edib ki, İran Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tanıyır və ona ehtiramla yanaşır.
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət