Prezident İlham Əliyev kütləvi idman tədbirlərinin və idman yarışlarının keçirilməsi zamanı zorakılığın qarşısının alınması, ictimai təhlükəsizliyin və ictimai asayişin təmin edilməsinə yönəlmiş “Bədən tərbiyəsi və idman haqqında” qanuna dəyişiklikləri təsdiq edib. Bu barədə çərşənbə günü rəsmi KİV-lərin məlumatında deyilir.
Qanun layihəsinə edilmiş dəyişikliklərə əsasən, idman obyektlərinin ərazilərinə və tamaşaçılar üçün nəzərdə tutulmuş yerlərə keçməyə hüquq verən giriş bileti və ya onu əvəz edən digər sənədi olmayan şəxslər; sifətini maska ilə gizlədən şəxslər; şəxsi baxışdan və ya üzərindəki əşyaların yoxlanılmasından imtina edən şəxslər; bütün növ alkoqollu içkilər; narkotik vasitələr, psixotrop maddələr, onların analoqları, toksik təsir göstərən maddələr; soyuq, odlu, qaz və digər tipli silahlar, silahların ayrı-ayrı hissələri, partlayıcı maddələr və döyüş sursatları, habelə soyuq, odlu, qaz və digər silahlara, partlayıcı maddələrə və döyüş sursatlarına oxşar vasitələr; pirotexniki vasitələr; insanların həyatına və sağlamlığına təhlükə törədə, fiziki və hüquqi şəxslərə maddi ziyan vura, kütləvi idman tədbirlərinin keçirilməsinə maneələr yarada bilən xüsusi hazırlanmış və ya uyğunlaşdırılmış vasitələr; məzmunu ictimai qaydanı, vətəndaşların hüquq və qanuni maraqlarını pozmağa yönəlmiş, eləcə də zorakılığın, irqi, milli və dini ayrı-seçkiliyin, müharibənin təbliği ilə bağlı bayraqlar, emblemlər, simvollar, plakatlar, transparantlar və başqa vasitələr; sərxoşluq vəziyyətində olan, habelə narkotik vasitələrin, psixotrop maddələrin, onların analoqlarının, toksik təsir göstərən maddələrin təsiri altında olan şəxslər; kütləvi idman tədbirlərinin keçirilməsi qaydalarının pozulmasına yönəlmiş hərəkətlərə yol verən, ictimai asayişin və ictimai təhlükəsizliyin təmin edilməsinə maneçilik törədən, digər şəxsləri bu cür hərəkətlərə təhrik edən şəxslər və qrup şəklində ifrat azarkeşlik edən şəxslərin girişi qadağan edilir.
Milli Məclisin 14 aprel tarixində keçirilmiş plenar iclasında “Bədən tərbiyəsi və idman haqqında” qanuna dəyişikliklərin edilməsini nəzərdə tutan qanun layihəsinə baxılmışdı. Parlament, həmçinin İnzibati Xətalar Məcəlləsinə kütləvi idman tədbirlərini pozma cəhdləri, idman yarışlarına saxta giriş biletlərinin satışı və spekulyasiya hallarına görə cərimə sanksiyalarının tətbiqini nəzərdə tutan dəyişiklikləri də qəbul edib.
İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklər kütləvi idman yarışlarına saxta biletlərin satışına görə fiziki şəxslər üçün 500 manat, vəzifəli şəxslər üçün 2 min manat, hüquqi şəxslər üçün 5 min manat məbləğində cərimə sanksiyalarının tətbiqini nəzərdə tutur.
Kütləvi idman yarışları və tədbirlərinə biletlərin müəyyən olunan tariflərdən yüksək qiymətə satılmasına görə vəzifəli şəxslər 1,5-2 min manat, hüquqi şəxslər 5-7 min manat məbləğində cərimə olunacaq.
“Bədən tərbiyəsi və idman haqqında” qanunla qadağan edilən alətlərdən istifadə olunmaqla idman obyektlərinin ərazilərində kütləvi idman yarışlarını pozmaq cəhdlərinə görə fiziki şəxslər 500 manat, vəzifəli şəxslər 2 min manat, hüquqi şəxslər 5 min manat məbləğində cərimə olunacaqlar.
R. Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət