“PAŞA Bank” 2015-ci ildə kredit portfelində 20% - 650 mln. manatadək artım proqnozlaşdırır. Bu barədə bankın İdarə Heyətinin üzvü Taleh Kazımov “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində məlumat verib.
“Hazırda bankın göstəriciləri 2014-cü ilin sonunda təsdiq edilmiş biznes plana uyğundur. Lazım gələrsə və mənə belə gəlir ki, belə zərurət yaranacaq, bu ilin ortalarında biz öz biznes planımıza təkrar nəzər salacağıq. Bununla yanaşı, bank yəqin ki, kredit portfeli üzrə proqnozlarını təkrar gözdən keçirməyəcək. 2015-ci ildə biz kredit portfelində 20% - 650 mln. manata qədər artım proqnozlaşdırırıq”,- deyə T. Kazımov qeyd edib.
Onun sözlərinə görə, bankın biznesin aparılması strategiyası, məqsəd auditoriyası dəyişmir.
“Biz əvvəllər olduğu kimi, korporativ və investisiya bankı, həm maliyyə, həm də biznes məsləhətlərinin təqdim edilməsi baxımından real sektorun tərəfdaşı kimi fəaliyyət göstəririk”,- deyə T.Kazımov bildirib.
O qeyd edib ki, manatın devalvasiyasından sonra “PAŞA Bank” manatla kreditləşdirməyə məhdudiyyət qoymayıb və bu prosesi adi qaydada davam etdirir.
“Devalvasiyadan sonra “PAŞA Bank” ümumilikdə 71 mln. manat məbləğində kredit verib, bu vəsaitin yarısı milli valyuta ilə verilib. Fevral ayında bazardakı sakitliyi və mart ayında iş günlərinin sayının az olması faktını nəzərə alsaq, bu, çox yaxşı göstəricidir”,- deyə T.Kazımov vurğulayıb.
Xəbər verildiyi kimi, fevralın 21-də AMB manatın devalvasiyasını həyata keçirib. Manatın məzənnəsi fevralın 20-də qeydə alınmış 0,7862 manat/$1-a qarşı 33,5% - 1,05 manat/$1-a qədər ucuzlaşıb.
“PAŞA Bank” ASC 2007-ci ilin iyun ayında yaradılıb və Azərbaycanın aparıcı banklarının beşliyinə daxildir. Bankın səhmdarları 2 hüquqi və 1 fiziki şəxsdir. Bank “PAŞA Holdinq”in strukturuna daxildir.
Müsahibənin tam mətni ilə http://interfax.az/view/639041.tanış olmaq mümkündür.
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət