2015-ci ilin fevral ayında manatın devalvasiyası “PAŞA Bank”da problemli kreditlərin həcminin artmasına səbəb olmayıb. Bu barədə “İnterfaks-Azərbayan” agentliyinə müsahibəsində bankın İdarə Heyətinin üzvü Taleh Kazımov məlumat verib.
“İndiki mərhələdə heç bir ciddi problem, o cümlədən manatın devalvasiyasına görə yaranmış problemli kreditlərin həcmində artım müşahidə etmirik”,- deyə o bildirib.
Onun sözlərinə görə, həm devalvasiyaya qədər, həm də indi xarici valyuta ilə kreditlərin xüsusi çəkisi bankın kredit portfelinin 25-31%-ni təşkil edib.
T.Kazımov deyib ki, valyuta ilə kredit götürmüş bank müştəriləri uzunmüddətli perspektivdə onlara xidmət göstərmək üçün kifayət qədər “təhlükəsizlik yastığı”na malikdirlər. “Bank qısamüddətli perspektivdə portfelin bu hissəsi üzrə güclü zərbə gözləmir”, - deyə o əlavə edib.
“Devalvasiyadan sonrakı ilk ayda bizim fəaliyyətimizdə əsas diqqət məhz belə müştərilərə yönəlmişdi. Bank əməkdaşları onların hər biri ilə görüşür, danışıqlar aparır, vəziyyəti təhlil edir, gələcəkdə onların bzinesi üçün yaranacaq mümkün problemlərlə bağlı optimal həll yolları təklif edirdilər. Bəzi hallarda biz müştərilərimizə kreditlərin təkrar strukturlaşdırılmasını, ödəniş müddətinin uzadılmasını, bəzilərinə isə əksinə, kreditin ödəniş müddətinin azaldılmasını təklif etdik ki, onlar devalvasiyanın güclü təsirini hiss etmədən gələcəkdə onlara problem yarada biləcək kreditlərdən azad ola bilsinlər. İndiki vəziyyətdə bizim uzunmüddətli məqsədlərimiz var, müştəriyə fərdi yanaşaraq ona və biznesinə ən yaxşı həllin təqdim edilməsinə zəmanət veririk”, - deyə T.Kazımov bildirib.
Xəbər verildiyi kimi, fevralın 21-də AMB manatın devalvasiyasını həyata keçirib. Manatın məzənnəsi fevralın 20-də qeydə alınmış 0,7862 manat/$1-a qarşı 33,5% - 1,05 manat/$1-a qədər ucuzlaşıb.
“PAŞA Bank” ASC 2007-ci ilin iyun ayında yaradılıb və Azərbaycanın 5 aparıcı bankından biridir. Bankın səhmdarları 2 hüquqi və 1 fiziki şəxsdir. Bank “PAŞA Holdinq”in strukturuna daxildir.
Müsahibənin tam mətni ilə http://interfax.az/view/639041 ünvanında tanış ola bilərsiniz.
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət