Çinin İpək Yolu və XXI əsr Dəniz İpək Yolu iqtisadi kəmərinin birgə yaradılması və inkişafına dair təşəbbüsü müasir dünyada iqtisadi nöqteyi-nəzərdən daha əsaslı və səmərəlidir. Bu barədə Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mәrkәzinin (SAM) direktoru Fәrhad Mәmmәdov bəyan edib.
“Müxtəlif dövrlərdə həm Avropa İttifaqı, həm ABŞ Avrasiya qitəsində yeni İpək Yolunun yaradılması təşəbbüsləri ilə çıxış ediblər. Lakin Çin tərəfinin təklifi daha əsaslıdır”, - deyə F.Mәmmәdov SAM-ın təşkil etdiyi “Cәnubi Qafqaz vә Mәrkәzi Asiya ölkәlәri İpәk Yolu iqtisadi kәmәri konteksindә” mövzusunda konfransda vurğulayıb.
Onun sözlərinə görə, Vaşinqton öz konsepsiyasında Hindistana yönəlmişdi, Aİ-nin isə öz mövqeyi var idi.
“Ancaq Çinin təklif etdiyi variantın konkret məzmunu var, bura Avrasiyada reallaşdırılan layihələr, həmçinin İpək Yolu iqtisadi kəməri marşrutu boyu yerləşən ölkələrin iştirakı ilə sərmayə qoyuluşları da daxildir”, deyə F.Məmmədov vurğulayıb.
SAM direktoru Pekinin təklif etdiyi təşəbbüsün alternativi olmadığını qeyd edib.
“Bu təşəbbüs nəinki quru, həm də dəniz ticarət yollarını əhatə edir. Bəzi skeptiklərin fikrincə, dəniz daşımaları quru daşımalarından iki dəfə ucuz başa gəlir. Lakin operativlik quru yükdaşımaların tərəfindədir, çünki quru ilə 15 gün ərzinə daşlına biləcək yük dənizlə 40-45 günə çatdırılır”, - deyə o bildirib.
F.Məmmədov, həmçinin İpək Yolu iqtisadi kəmərini çox geniş ərazini əhatə edən qlobal geosiyasi layihə kimi xarakterizə edib.
“Çinin təşəbbüskarı olduğu bu layihə ümumi əhalisi 4 mlrd. nəfər olan 50-dən artıq ölkəni əhatə edir və nəinki İpək Yolunun iqtisadi marşrutunun ərazilərindən keçəcəyi ölkələr, həm də qonşu dövlətlərin iqtisadiyyatının inkişafına çox mühüm təkandır. İqtisadi kəmər malların dünya bazarlarına çıxarılmasını təmin edəcək və Avropa ilə Asiya arasında ticarəti genişləndirməklə ölkələrin tranzit rolunu gücləndirəcək”, - deyə o qeyd edib.
SAM direktoru bu təşəbbüsün geosiyasi əhəmiyyətini də vurğulayıb.
İpək Yolu iqtisadi kəmərinin marşrutu hələ müəyyən edilməyib. Marşrut malların daha asan və operativ çatdırılma imkanlarının müəyyən olunması nöqteyi-nəzərindən seçiləcək. Sözsüz ki, bu, ölkələr və şirkətlər arasında kəskin rəqabətə səbəb olacaq”, - deyə F.Məmmədov bildirib.
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət