Bakı Ali Neft Məktəbində (BANM) Halliburton şirkətinin nümayəndələri tərəfindən tələbələrin şirkətdə ödənişli yay təcrübəsi keçmələri üçün «Neft-qaz mühəndisliyi» və «Kimya mühəndisliyi» ixtisasının II və III kurs tələbələri arasında seçimin ilkin mərhələsi keçirilib.
Tədbiri giriş sözü ilə açan BANM-in rektoru Elmar Qasımov Halliburton şirkətinin təmsilçilərini salamlayaraq, Ali Məktəbin tələbələri üçün şirkətdə təcrübə imkanlarının yaradıldığından məmnunluğunu bildirib. O, qeyd edib ki, tələbələr nəzəriyyəni təcrübə ilə birləşdirərək, gələcəyin yüksək ixtisaslı kadrları kimi formalaşmaq üçün belə imkanlardan faydalanmalıdırlar. Ali Məktəb öz məzunlarının gələcəkdə karyera uğurları qazanmaları məqsədilə Azərbaycandakı transmilli şirkətlərlə hər zaman sıx əməkdaşlıq edir. E.Qasımov Halliburton şirkətinin təmsilçilərinə bu əməkdaşlığa görə təşəkkürünü bildirib və tələbələri bu kimi tədbirlərdə fəal iştirak etməyə çağırıb.
Şirkət nümayəndələri Halliburton şirkətində baş tutacaq yay təcrübəsi haqqında təqdimatla çıxış edərək, tələbələrə ətraflı məlumat veriblər. Həmçinin sözügedən şirkətdə yayda tələbələr üçün ödənişli təcrübə imkanları, müraciət üçün ərizələrin doldurulma qaydaları, iş imkanları haqqında geniş məlumat verilib. Seçimin ilkin mərhələsində şirkət nümayəndələri tələbələri maraqlandıran çoxsaylı sualları cavablandırıblar.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət