“Moody`s Investors Service” beynəlxalq agentliyi tərəfindən“Bank Techhnique”in yerli və xarici valyutada bankdepozitləri üzrə uzunmüddətli reytinqi “Caa1”səviyyəsində, kredit ödəmə qabiliyyətinin baza səviyyəsi“Caa2” səviyyəsində dəyişilmədən təsdiqlənmiş və Agentlik bu barədə öz saytında açıqlama vermişdir.
Lakin bir sıra informasiya resursları bankın reytinqinin aşağı salındığı barədə yanlış və qərəzli məlumatlar yaymışdır.
Bununla bağlı, bank bildirir ki, “Bank Technique” Azərbaycan bazarında dünyada tanınmış iki reytinq agentliyi “Fitch” və “Moody`s” tərəfindən qiymətləndirilən azsaylı maliyyə təşkilatlardandır. Bank özünün fəaliyyəti tarixində hər iki nüfuzlu təşkilatın bu gün ən yüksək reytinq səviyyəsinə malikdir, hər iki agentlik son hesabatlarında “Bank Technique”in reytinqini təsdiqləyib və dəyişməz olaraq saxlayıb.
Digər banklarda olduğu kimi, son devalvasiya prosesləri kapitallaşmaya təsir edərək, həmin agentliklərin təsdiqlənmiş reytinqlər üzrə proqnozları mənfi qiymətləndirilsə də, “Bank Technique”in bu istiqamətdə müvafiq dövlət qurumları ilə birgə qabaqlayıcıtəxirəsalınmaz tədbirlərin həyata keçirilməsi, 8 milyon manata qədər uzunmüddətli subordinasiya kreditinin cəlb edilməsi barədə qərarın qəbulu, bu göstəricinin əvvəlki səviyyəyə qaytarılması ilə nəticələnəcək.
Məlumat üçün:
1994-cü ildən Azərbaycanın maliyyə xidmətləri bazarında fəaliyyətə başlayan “Bank Technique” Açıq Səhmdar Cəmiyyəti (ASC), 2012-ci ilin sentyabr ayında həyata keçirdiyi uğurlu rebrendinq nəticəsində, innovativ və qabaqcıl bank imicini yarada bilib. Özəl bank sektorunda uğurlu və sürətli inkişaf mexanizmi ilə fərqlənən “Bank Technique” ASC, Azərbaycanda geniş spektrdə bank və maliyyə xidmətləri göstərir.
Hazırda “Bank Technique”in filial və şöbələri Bakı, Gəncə, Sumqayıt, Abşeron, Mingəçevir, Quba, Qəbələ, Beyləqan, Biləsuvar, Zaqatala, Cəlilabad, Ağstafa və Lənkəranda müştərilərin xidmətindədir.
Daha ətraflı məlumat üçün www.banktechnique.az saytına baxa bilərsiniz.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət