Türkdilli ölkələrin turoperatorları “İpək Yolu” marşrutunun inkişafı üzrə birgə turizm paketləri hazırlayırlar. Bu barədə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibinin müavini Abzal Saparbekuli çərşənbə axşamı
Bakıda Azərbaycan B-20 Azərbaycan Regional Məsləhət Forumunda məlumat verib.
“Turizm Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində əməkdaşlıq üçün perspektivli istiqamətdir. Tərəflər artıq bu istiqamətdə çalışır, “İpək Yolu” marşrutu üzrə birgə turizm paketi hazırlayırlar”, - deyə A.Saparbekuli qeyd edib.
Onun sözlərinə görə, turoperatorlar görüşlər keçirir, təşkilatın növbəti sammitində baxılacaq təkliflər hazırlayırlar.
Forum Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli
Konfederasiyası (ASK), İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO), Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (BSEC) və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Turkic Council) təşkilatçılığı ilə keçirilir.
İşgüzar İyirmilik (B20) - İyirmilik Qrupu (G20) ölkələrinin hökumətləri və müvafiq beynəlxalq institutlar arasında daim dialoqun dəstəklənməsi məqsədilə əməkdaşlıq edən işgüzar asoosiasiyaların qeyri-rəsmi birliyidir. Hazırda Türkiyə Palatalar və Birjalar Birliyi (Türkiye Odalar ve Borsalar Birliyi - TOBB) B20-yə sədrlik edir.
İşgüzar İyirmiliyin üzvləri hökumət orqanları ilə dialoq aparmaq və G20-nin uğurlu fəaliyyətinin təmin edilməsi məqsədilə özəl sektorun səylərini birləşdirmək imkanına malik olan liderlərdir.
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət