Azərbaycan parlamentinin vitse-spikeri, Milli Məclis-Avropa Parlamenti ƏməkdaşlıqKomitəsinin həmsədri Valeh Ələsgərov Avropa Parlamentinin bir sıra üzvlərini respublikaya qarşı qərəzli münasibətdə ittiham edib.
“Avropa Parlamentinin üzvlərinin Azərbaycana qarşı bu cür qərəzli münasibəti son dərəcə təəccüb doğurur”, - deyə V.Ələsgərov ilk Avropa Oyunları ərəfəsində Avropa Parlamentinin bir sıra üzvlərinin Azərbaycanla bağlı verdikləri son bəyanatla əlaqədar Milli Məclisdə deputatlar, KİV orqanları rəhbərləri və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə təşkil edilən dinləmələrdə bəyan edib.
Vitse-spikerin sözlərinə görə, bu, Avropa Parlamentinin nümayəndələrindən ibarət məhdud bir qrupun Azərbaycanın ünvanına tənqidlə çıxış etdiyi ilk hadisə deyil.
“Avropa Parlamentində Azərbaycana qarşı qarayaxma kampaniyaları müntəzəm olaraq aparılır, bu isə prosesin müəyyən siyasi mərkəz tərəfindən idarə olunduğuna dəlalət edir. Buna səbəb Azərbaycanın yürütdüyü müstəqil siyasətdir. Ölkəmizin heç kəsdən heç nə xahiş etməməsi və milli və dövlət maraqlarına uyğun siyasi kurs yürütməsidir”, - deyə V.Ələsgərov vurğulayıb.
Vitse-spiker qeyd edib ki, Azərbaycan müxtəlif Avropa strukturları, o cümlədən Avropa Şurası, ATƏT, Avropa İttifaqı ilə fəal əməkdaşlıq edir.
“Bakı Aİ-nin “Şərq Tərəfdaşlığı” proqramı, “Avronest” Parlament Assambleyası çərçivəsində Avropa ilə münasibətləri fəal inkişaf etdirir. Bu səbəbdən aramızda olan bütün məsələləri qeyd edilən strukturlar çərçivəsində müzakirə etmək mümkün olardı. Avropa Parlamentinin bu cür addımlar atması isə Azərbaycana qarşı qərəzli münasibətin açıq şəkildə nümayiş etdirilməsidir”, - deyə Milli Məclisin sədr müavini qeyd edib.
Onun sözlərinə görə, bu qərəzli münasibətin kökünü etnik və dini fərqlərdə axtarmaq lazımdır.
“Türkiyə Avropa Şurası yarandığı andan bu təşkilatın üzvüdür. 1963-cü ildə Ankara Avropa İttifaqı ilə assosiasiya haqqında saziş imzalayıb, 2005-ci ildə isə sənəd yenilənib. Buna baxmayaraq, Türkiyə Aİ-nin üzvü olmayıb və heç zaman da olmayacaq. Türkiyə NATO çərçivəsində Qərbin mühüm tərəfdaşıdır, çünki təhlükəsizliyin təmin edilməsi nöqteyi-nəzərindən mühüm əhəmiyyət kəsb edir. Lakin son on illər ərzində bir çox xristian dövlətləri Aİ-yə qəbul olunublar, Türkiyə isə müsəlman ölkəsidir. Azərbaycan da müsəlman ölkəsidir və bununla əlaqədar bizə qarşı qərəzli münasibət nümayiş etdirilir”, - deyə V.Ələsgərov vurğulayıb.
O, həmçinin Azərbaycanın Aİ ilə assosiasiya haqqında saziş imzalanmasında problemlərin olduğunu qeyd edib.
“Avropa dövlətləri və təşkilatları Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasına imkan yaratmalıdırlar. Lakin onlar bu istiqamətdə heç bir konkret addımlar atmırlar. Buna görə ikili yanaşma nümayiş etdirən Avropa İttifaqı ilə assosiasiya haqqında saziş imzalaya bilmirik”, - deyə vitse-spiker bildirib.
“Avropa Oyunları dostluğun, əməkdaşlığın möhkəmlənməsinə, mövqelərin yaxınlaşmasına, dialoqun qurulması və inkişafına yönəlmiş beynəlxalq tədbirdir. Bu Oyunlardan təzyiq kimi istifadə etmək düzgün deyil”, - deyə V.Ələsgərov vurğulayıb.
Milli Məclisin deputatı, Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının
sədri Azay Quliyev da Avropa Parlamentinin qəbul etdiyi bəyanatı tənqid edib.
“Biz Avropa Parlamentinin nümayəndələrindən ibarət qrupun həyata keçirdiyi və Azərbaycanın beynəlxalq nüfuzuna zərbə vurulmasına yönələn qarayaxma kampaniyasını qəbul edə bilmərik. Dünən Avropa Parlamentinin üzvləri tərəfindən Bakıya qarşı irəli sürülən ittihamlar gülünc və əsassızdır. Onlar bəyan edirlər ki, Azərbaycan özündə Avropa Oyunlarında kifayət qədər sayda xarici jurnalisti qəbul etməkdən imtina edir. Ancaq məlumdur ki, bu idman yarışlarına müxtəlif ölkələrdən 1,5 mindən artıq jurnalist dəvət olunub”, - deyə o bildirib.
Onun sözlərinə görə, Azərbaycan üzrə son dinləmələrdə iştirak edən Avropa Parlamentinin üzvləri son illər məqsədyönlü şəkildə məşğul olduqları Azərbaycana qarşı və Ermənistan yönümlü fəaliyyətlə tanınırlar.
“Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli vurğulayıb ki, Avropa parlamentarilərinin hərəkətləri sifarişli xarakter daşıyır.
“2012-ci ildə “Eurovision” beynəlxalq mahnı müsabiqəsi ərəfəsində, 2013-cü ildə prezident seçkiləri zamanı, həmçin ötən ilin sentyabr ayında “Şahdəniz” qaz yatağının işlənməsi layihəsinin reallaşdırılmasına başlanması ilə əlaqədar Avropa Parlamentinin onlarla üzvü tərəfindən Azərbaycana qarşı analoji dinləmələr keçirilib”, - deyə o qeyd edib.
Dinləmələrdə tədbirin digər iştirakçıları da çıxış ediblər.
R.Babayev
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət