Gürcüstanın baş naziri İrakli Qaribaşvili Moldovanın baş naziri Kiril Qaburiçlə telefon söhbətində Kişinyovu islahatların aparılmasında Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvildən kömək almamağa çağırıb. Bu barədə “Pirveli radio” mənbəyə istinadən məlumat yayıb.
İ.Qaribaşvili bildirib ki, əgər M.Saakaşvili islahatlarla bağlı məsələlər üzrə məsləhətçi kimi Moldovaya dəvət olunsa, bu, Gürcüstan-Moldova münasibətlərinə mənfi təsir göstərəcək.
Gürcüstan baş nazirinin mətbuat xidməti bildirir ki, K.Qoburiç telefon söhbətində İ.Qaribaşvilini iyun ayında Kişinyova rəsmi səfərə dəvət edib. Tərəflər səfərin təfərrüatları və iki ölkə arasında tərəfdaşlıq münasibətlərinin dərinləşməsi perspektivlərini müzakirə ediblər.
Gürcüstan KİV-nin məlumatına əsasən, hazırda M.Saakaşvili tərəfindən yaradılmış islahatçılar qrupu Kişinyovdadır. Qrup Moldovanın hökumət nümayəndələri ilə işgüzar görüşlər keçirir. Bir neçə gün bundan əvvəl M.Saakaşvili Kiyevdə Moldovanın baş naziri ilə görüşüb. Görüşdə K.Qaburiç M.Saakaşvilidən islahatların aparılmasına kömək göstərməyi xahiş edib.
Dünən Ukrayna prezidenti Pyotr Poroşenko İslahatlarüzrə Beynəlxalq Məşvərətçi Şuranın tərkibini və əsasnaməsini təsdiq edib. Şuraya M.Saakaşvili rəhbərlik edir.
Daha öncə Gürcüstan prokurorluğu dəfələrlə Ukraynadan M.Saakaşvilini ekstradisiya etməyi tələb edib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət