Latviyanın Avropa İttifaqına sədrliyi çərçivəsində may ayıının 21-22-də Riqada “Şərq Tərəfdaşlığı” proqramının növbəti sammiti keçiriləcək. Latviya Xarici İşlər Nazirliyinin dövlət katibi Andreys Pildeqoviçs sammit ərəfəsində “İnterfaks-Azərbyacan” agentliyinin Riqaya ezam edilmiş müxbirinin suallarını cavablandırıb.
- Azərbaycan Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” ölkələrinə milli maraqlardan, xarici siyasi istiqamət və iqtisadi inkişafdan asılı olaraq fərdi yanaşma tətbiq etməsinə tərəfdardır. Bu mövqe Aİ-nin yanaşması ilə üst-üstə düşürmü? Bu baxımdan Riqa sammitindən nə gözləmək olar?
- “Şərq Tərəfdaşlığı” platformasını mən canlı orqanizmlə müqayisə edərdim. Bu, sərt çərçivələr, dəqiq nizamnamələr əsasında fəaliyyət göstərən, artıq özünü təsdiq etmiş hər hansı beynəlxalq təşkilat və ya assambleya deyil. Bu, beş ildən bir qədər artıq müddətdə yaradılmış olan çox çevik konsepsiyadır. Və Latviyanın sədrlik etdiyi bu ildə biz həm müəyyən mənada qonşuluq siyasətini yenidən qiymətləndirmək, təftiş etmək, həm də “Şərq Tərəfdaşlığı” proqramının inkişafına yenilik gətirmək istədik. Yeni məna vermək deyərkən nə başa düşülməlidir? Bu, “Şərq Tərəfdaşlığı”na üzv olan altı dövlətlə bağlıdır, bu dövlətlər sözsüz ki, həm öz milli maraqları, Aİ ilə münasibətlərini dərinləşdirmək səylərinə görə fərqlənirlər. Biz həm Latviya, həm də Aİ tərəfindən bunu yaxşı başa düşürük və faktiki olaraq Riqa sammitində dövlətlərimizin liderləri bir tərəfdən daha hərtərəfli inteqrasiya arzu edən ölkələrlə münasibətlərin dərinləşdirilməsi isitqamətində irəliləyiş, eləcə də bütövlükdə xalq təsərrüfatının hansısa sahələri ilə daha çox əlaqəli ola bilən spesifik maraqlara malik tərəfdaşlarla münasibətlərin inkişafı ilə bağlı məsələləri müzakirə edəcəklər.
Bizə belə gəlir ki, “Şərq Tərəfdaşlığı” konsepsiyası tərəfdaşlarımızın konkret maraqlarına kifayət qədər uyğunlaşdırılıb. Biz Aİ-də təbii ki, heç kimə heç bir fikri zorla qəbul etdirmək, başqasının evinə bacadan daxil olub öz şərtlərimizi irəli sürmək fikrində deyilik. Biz Aİ tərəfindən Riqa sammitində çox aydın şəkildə bəyan etmək istəyirik ki, Avropa sərhəd dövlətlərində sülhün, tərəqqinin və sabitliyin qorunmasında maraqlıdır. Bizim üçün qonşularımızın qonşusu da çox vacib mövzudur.
Hesab edirik ki, biz bəzi üzvlərlə ikitərəfli əlaqələrin dərinləşməsi ilə bütün 6 dövlət üçün ümumi meydançanı qoruyub saxlaya bilmək üçün vəziyyətə uyğunlaşa bilərik. Məsələn, əgər Moldova və Gürcüstan Avropa ilə azad ticarət haqqında müqavilə və assosiativ saziş imzalayırsa, bu, o demək deyil ki, bu ölkələrin Azərbaycan, Belarus, Qazaxıstan və ya Rusiya ilə ticarət əlaqələri zərər çəkməlidir.
Avropada belə bir təəssürat yaranır ki, azad ticarət məkanını inkişaf etdirməklə ölkələr daha sürətli templə inkişaf edə bilərlər. Bizə belə gəlir ki, bu, tərəqqi və inkişafa aparan daha qısa yoldur. Buna görə də biz yalnız ikitərəfli dövrələrdə məhdudlaşıb qalmamamqda maraqlıyıq. Əlbəttə, ikitərəfli şuraların görüşləri davam edəcək, biz bunda maraqlı olan tərəflərlə münasibətləri dərinləşdirməyə hazırıq. Bun unla yanaşı, biz tərəfdaşlarımızın da maraqları olarsa, ümumi meydançanı və onların öz aralarında əlavə ünsiyyətinə imkanını saxlamaq istərdik.
Biz, əsasən öz təcrübəmizə əsaslanırıq. Baltikyanı və Skandinaviya ölkələrinin təcrübəsi, bizim regional inteqrasiyamız göstərir ki, bu, sürətlənmiş inkişaf üçün daha qısa yol ola bilər. Bizə belə gəlir ki, Avropa ilə dərinləşmiş münasibətlər Şərq Tərəfdaşlığı ölkələrinin özləri və ya onların üçüncü tərəfdaş ölkələrlə münasibətlərinin zəifləməsi hesabına yaradılmamalıdır. Bu proqram Rusiya, Türkiyə, İran, Çin və ya digər ölkələrə qarşı yönəldilməyib. Biz dəfələrlə bunu bəyan etmişik, rusiyalı həmkarlarımızla danışıqlar aparmışıq. Aİ ölkələri hansısa geosiyasi işğalla məşğul deyil.
-Latviya Şərq Tərəfdaşlığı çərçivəsində öz siyasətini müəyyən edərkən yəqin ki, regiondakı son dəyişiklikləri nəzərə alıb?
- Məsələ bundadır ki, bizim regionda son yarım ildə kifayət qədər hadisələr baş verib. Onların arasında müsbət hadisələr də olub. Məsələn, Vilnüs sammitində Moldova və Gürcüstanın Aİ ilə assosiasiya haqqında, azad ticarət haqqında sazişləri imzalanıb. Bir qədər sonra Ukrayna da analoji sazişi imzaladı. Sözsüz ki, bu sənədlər daha konkret əməkdaşlıq üçün yeni hüquqi çərçivələr yaratdı. Bu baxımdan biz bu implementasiyasına diqqət yetirdik. Bunlar çox böyük həcmli və mürəkkəb sənədlərdir. Deyək ki, azad ticarət haqqında müqavilə min səhifəlik hüquqi mətndir. Təbii ki, bütün bunları mənimsəmək, dərk etmək, tətbiq etmək, biznesmenlər, özünü idarə orqanlarının nümayəndələri, həyatın ən müxtəlif sahələrində fəaliyyət göstərən digər oyunçular üçün tərcümə etmək (birbaşa və məcazi mənalarda) lazımdır. Bu mənada biz həqiqətən bu məsələlərin həllində tərəfdaşlara mümkün qədər konkret kömək göstərməyə çalışdıq.
Müsbət məqamlarla yanaşı, Ukrayandakı münaqişəyə dair məsələlər də var idi. Bir çoxları sual verirlər, Ukrayna böhranının, Rusiya ilə münaqişənin nəticələri necədir, bu, qonşu ölkələrin siyasətinə necə təsir göstərir. Bu sammit Rusiyaya qarşı yönəlməyib. Lakin sözsüz ki, biz “Şərq Tərəfdaşlığı”na üzv ölkələrin ərazi bütövlüyünün qorunmasına dair aydın mövqeyə sahibik və ölkədə iqtisadi vəziyyətin sabitləşməsi üçün bundan sonra da Ukraynaya dəstək göstərməyə hazırıq, Rusiya rəhbərliyini bundan sonra da Minsk sazişinə əməl etməyə çağıracaq və Ukraynada vəziyyətin sabitləşməsinə kömək edəcəyik.
Azərbaycan Ermənistan və Belarusla da bağlı bir neçə kəlmə demək istərdim. Avropa İttifaqı mümkün olduğu qədər praqmatik olmağa və “Şərq Tərəfdaşlığı” ölkələri ilə qarşılıqlı maraq doğuran əməkdaşlıq üçün sahələr axtarmağa çalışır. Biz bu prinsip əsasında Azərbaycanla da əməkdaşlığa hazırıq. Biz bilirik ki, sizin ölkənizin rəhbərliyi Avropa İttifaqı ilə yeni sazişin imzalanması imkanlarını müzakirə edir. Aİ öz tərəfindən daha çox qarşılıqlı maraq axtarıb tapmaq üçün belə dialoqlara açıqdır.
Biz bilirik ki, “Şərq Tərəfdaşlığı” proqramına üzv olan bütün ölkələr üçün qarşılıqlı səfər şərtlərinin sadələşdirilməsi məsələsi vacibdir. Diplomatik dildə bu, mobillik adlanır. Azərbaycanla son bir neçə ayda biz bir çox uğurlara nail olmuşuq. İndi bu sahədə əməkdaşlıq üzrə ilk təcrübə təhlil edilir. Və biz ümid edirik ki, gələcəkdə biz biz bu məsələyə dair də yeni saziş bağlaya biləcəyik.
-Bu nə sənəddir və necə adlanır?
Bilirsinizmi, bu ideya hələ ki, öyrənilir.
“Biz bu sazişin dəqiq adını müəyyənləşdirməmişik, hələ iş gedir. Sənəd Riqada imzalanmayacaq, lakin biz Azərbaycan tərəfinin marağını hiss edirik. Sözsüz ki, Azərbaycan Aİ üçün energtika sahəsində çox vacib tərəfdaşdır, demək olar ki, strateji tərəfdaşdır. Lakin biz ümid edirik ki, yeni sənəddə hər iki tərəfin verdiyi əhəmiyyəti və əməkdaşlıq sahələrini əks etdirə biləcəyik
- Mənim bildiyimə görə, Azərbaycan Aİ-nin xüsusi tərəfdaşı statusunu almağa çalışır.
-“Şərq Tərəfdaşlığı” proqramında hər hansı gizli sözləşmə və məqsədlər axtarmaq lazım deyil. Xüsusilə rusiyalı jurnalistlər çox vaxt “NATO”nun yüngül variantı və sair kimi ifadələr işlədərk bu proqramda hansısa məqamlar axtarırlar.
Bütün bunlar həqiqətə uyğun deyil. 21-ci əsrdə iqtisadi inteqrasiyada iştirak edən ölkələr ticarət aparmaq üçün daha güzəştli və rahat şərtlər axtarırlar.
Son təcrübə, deyək ki, iyul ayında Aİ ilə dərinləşmiş tərəfdaşlığa dair saziş imzalamağı planlaşdıran Qazaxıstan göstərir ki, çoxlu modellər mövcuddur. Biz Aİ tərəfindən hər hansı dövlətlə qarşılıqlı iqtisadi münasibətlərin qurulması modellərinin axtarışına kifayət qədər çevik yanaşırıq. Arzu edən hər kəslə azad ticarətə dair razılığa gəlirik. Mən demirəm ki, bu danşıqlar asandır. Danışıqlar çox çətin və uzunmüddətlidir. Məsələn, biz artıq illərdir ABŞ-la danışıqlar aparırıq. Lakin bizim məqsədimiz var və bu məqsədə doğru irəliləyirik.
Ancaq bu məqsədlərin dərinliyi qarşılıqlı maraqlardan asılı ola bilər. Mən artıq Qazaxıstan barədə danışdım. Bizim digər tərəfdaşlarımızla da bağlı örnəklər var. Biz kiminləsə assosiasiya sazişi imzalaya, kiminləsə də aralıq modellər axtara bilərik.
Riqa sammitində Aİ dövlətlərinin liderləri bu mövzunu müzakirə edəcək və qonşuluq siyasətinin təftişi zamanı Avropa Komissiyası da daxil olmaqla, siyasi tapşırıq, mandat verəcək, tərəfdaşlarımızla forma və məzmuna görə daha uyğun razılaşmalar axtaracağıq. Sözsüz ki, konkret ölkələrin maraqları nəzərə alınacaq. Biz öz tərəfimizdən heç kimə heç nəyi zorla qəbul etdirmək istəmirik. Ola bilər ki, bir qədər ləng irəliləyirik, lakin necə deyərlər, doğru yoldayıq.
Biz sazişlər hazırlamaq onları konkret nümunələrə uyğunlaşdırmaq istəyirik. Əgər bu alınarsa, davam edəcəyik, əgər alınmazsa, kollektiv şəkildə nə etmək lazım olduğunu müzakirə edəcəyik.
Təəssüf ki, indi dünya sakit deyil. Ukraynada, Şimali Afrikada, Yaxın Şərqdə böhranlar görürük. Aİ-nin sərhədləri ətrafında çox ciddi böhranlar alovlanır. Bəzi dövlətlər Liviya, Suriya, İraq dağılmaq üzrədir. Lakin Aİ daxili diskussiyalara qapanaraq straus mövqeyi tuta bilməz. Biz regionumuzda nələr baş verdiyinə nəzər yetirməliyik. Və sözsüz ki, imkan daxilində vəziyyətin sabitləşməsinə kömək etməliyik. Əgər Avropa həqiqətən qlobal oyunçu rolunu oynamaq istəyirsə, ilk növbədə sərhədyanı regionların inkişafında iştiraka ciddi yanaşmalıdır.
-Bakı Aİ-ni Dağlıq Qarabağ münaqişəsinə qarşı straus siyasəti yürütməkdə qınayır. Bu da Bakı ilə Brüsselin münasibətlərinə mənfi təsir göstərir. Nə üçün Aİ Ukrayna, Gürcüstan və Moldova münaqişələrində olduğu kimi Azərbaycanın da ərazi bütövlüyünü açıq şəkildə dəstəkləmir? Nə üçün eyni problemlərə ikili münasibətlər göstərilir?
-Dondurulmuş ərazi münaqişələrinə gəlincə, sözsüz ki, bu mövzu bəyannamədə əks etdiriləcək. Hazırda bu sənəd üzərində iş davam edir, lakin biz təkidlə bildirik ki, bu, bütün ölkələrə şamil edilən prinsipial məsələdir. Biz birmənalı olaraq Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünü dəstəkləyirik. 20 ildən artıqdır beynəlxalq iştirakçılar bu uzunmüddətli münaqişəyə adekvat cavab tapa bilməyiblər. Minsk Qrupu bu istiqamətdə işləyir. Təəssüf ki, Aİ bu qrupda birbaşa iştirak etmir, baxmayaraq ki, bizim Cənubi Qafqaz üzrə xüsusi nümayəndəmiz var. Minsk Qrupu yaradılan zaman Aİ-nin xarici və müdafiə siyasəti ilkin razılaşdırılma mərhələsində idi.
Amma Aİ Qafqazda sabitliyin qorunmasında maraqlıdır. Bu mənada “Şərq Tərəfdaşlığı” Cənubi Qafqaz ölkələrinin nümayəndələri istər tematik, istər müəyyən sahəyə aid məsələləri müzakirə etmək üçün əvvəlki kimi görüşə biləcəkləri azsaylı meydançalardan biridir.
Ola bilər ki, bu dənizdə damladır, lakin etimad tədbirlərini inkişaf etdirmək, ünsiyyət qurmaq üçün yaxşı imkandır.
Bu, mürəkkəb məsələdir. Lakin onun hərbi həlli yoxdur. Çıxış yolu Azərbaycan və Ermənistan liderlərinin ikitərəfli görüşlərinin davam etdirilməsidir. Ola bilsin ki, vasitəçilərin səyləri nəticə versin və ya Aİ nümayəndələrinin səyləri gərginliyin azaldılmasına, təmas xəttində ağır çaplı və digər silahlardan istifadənin qarşısının alınmasına kömək edir. Biz Latviya tərəfindən Avropa birliyinin sizin regiona diqqətini artırmağa çalışırıq. Bizim üçün qonşuluq məsələləri prioritet təşkil edir. Aİ tarixində ilk dəfə Mərkəzi Asiya ölkələrinə diqqət yetirilməsi üçün əlavə səylər göstərilir. Bu, Çin, İran, Pakistan, Hindistan və ya Rusiya ilə geosiyasi mübarizə aparmaq üçün deyil, Aİ-nin təkliflərinin bu ölkələrə faydalı ola biləcəklərini anlamaları üçündür. Bizi bu ölkələrlə kifayət qədər yaxşı münasibətlər və uzun müddət yanaşı yaşama amili birləşdirir.
Buna görə də bizim tərəfimizdən səylər göstərilir, biz Aİ üzrə tərəfdaşlarımızı Qafqaza daha çox diqqət yetirməyə çağırırıq. Azərbaycanla münasibətlərin inkişaf etdirilməsi bizim üçün vacibdir. Azərbaycan çox vacib tərəfdaşdır. Latviyada çoxsaylı Azərbaycan diasporu fəaliyyət göstərir, bir çoxları artıq lap qədimdən bu torpaqlarda məskunlaşıblar. Biz ümid edirik ki, irəliyə doğru müsbət addımlar atmaqla bu, uzanan münaqişənin düyününü aça biləcəyik.
Söhbət etdi: Fuad Hüseynzadə
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət