Xəbər verildiyi kimi, 25 aprel 2015-ci il tarixində “Land of Fire” Azerbaijan baykerlər birliyinin bir neçə üzvü Bakı- Sen Trope - Bakı marşrutu üzrə moto yürüşə başlamışdırlar. Onlar Harley Davidson Europe şirkəti tərəfindən Fransanın Qrimo şəhərində (Sen Trope buxtasında) təşkil edilmiş növbəti Avropa MotoFestivalında iştirak edəcəklər. Bu cür MotoFestivalda iştirak Azərbaycanda bu il keçiriləcək İlk Avropa Oyunlarını (#BAKU2015), Azərbaycan mədəniyyətini, tarixini və bu günkü inkişaf səviyyəsini təbliğ etmək və tanıtmaq üçün qaçırılmaz fürsətdir. Məhz bu məqsədlə “Land of Fire” Azerbaijan baykerlər moto birliyinin üzvləri həmin yürüşdə iştirak edirlər.
Bakıdan baykerlərdən ibarət olan və Harley Davidson motosikletlərini idarə edən iki qrup yola düşmüşdür. Bir qrup Gürcüstan, Ukrayna, Macarıstan, Sloveniya və İtaliya, digər qrup isə Gürcüstan, Türkiyə, Bolqarıstan, Serbiya, Xorvatiya, Sloveniya və İtaliya ərazisindən keçərək İtaliyanın Genuya şəhərində birləşib, Moto Festivala yola düşdülər.
Dönüş marşrutu Fransa, İtaliya, Sloveniya, Xorvatiya, Monteneqro, Serbiya, Bolqarıstan, Tükiyə və Gürcüstan ərazisindən keçir. Ümumilikdə motoyürüş iştirakçıları Azərbaycan Bayrağını 12 ölkə ərazisindən qürurla keçirdiblər. Bu müddət ərzində hər iki qrup 11,000 km çox məsafə qət edib.
Nəhayət, 20 gündən artıq çəkən motoyürüş başa çatıb və baykerlər doğma Bakıya qayıdıblar. Motoyürüş zamanı Ukrayna, Rusiya, Fransa, İtaliya, Polşa və digər ölkələrin moto birlikləri ilə xoş dostluq əlaqələri yaranmışdır.
Qeyd etmək lazımdır ki, hazırkı moto yürüş “Land of Fire” Azerbaijan moto birlik üzvlərinin müstəsna təşəbbüsü ilə və üzvlərin şəxsi vəsaitləri hesabına həyata keçirilmişdir.
“Land of Fire” Azerbaijan moto birliyi – müstəqil birlikdir və əfsanəvi Harley Davidson motosikletlərinin sahiblərini birləşdirir. Harley Davidson motosikletlərinə sevgidən başqa, moto birlik üzvlərini birləşdirən dəyərlər – qardaşlıq ruhu, Vətənə sevgi, ailə dəyərləri.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət