Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) çay istehsalı və satışı ilə məşğul olan “Lənkəran-Çay-3” SC-nin səhmlərinin 99,94%-nin satışı üzrə investisiya müsabiqəsi elan edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə ƏMDK-dan məlumat verilib.
100,51 min ədəd səhmin satışı üzrə müsabiqədə həm yerli, həm də xarici investorlar iştirak edə bilər.
Müsabiqə iştirakçıları tərəfindən hazırlanan investisiya proqramında fəaliyyət növündən asılı olaraq müasir avadanlığın alınması, mövcud tikililərin bərpası, müəssisənin mövcud infrastrukturunun təyinatının yaxşılaşdırılması və ərazinin abadlaşdırılması, yeni iş yerlərinin açılması və işçilərin sosial təminatı, bu məqsədlər üçün ayrılacaq investisiyaların həcmi və müddətinə dair təkliflər nəzərdə tutulmalıdır.
Müsabiqənin qalibi səhmlərə görə dövlət büdcəsinə ən azı 70 min manat köçürməlidir.
Müsabiqənin qalibi ilə səhmlərin alqı-satqısı haqqında müqavilə müsabiqənin nəticələrinin təsdiq olunduğu andan etibarən 30 gündən gec olmayaraq imzalanmalıdır. Müqavilə imzalandıqdan sonra müsabiqənin qalibi bəyan edilmiş sərmayənin həcminin 5%-ni 30 gün ərzində SC-nin hesabına, səhmlərə görə müsabiqə təklifində nəzərdə tutulmuş vəsaiti isə 60 gün ərzində dövlət büdcəsinə köçürməlidir.
Müsabiqə üzrə təkliflər 2015-ci il iyunun 29-dək qəbul ediləcək. Təkliflərin qiymətləndirilməsi iyunun 30-da keçiriləcək.
“Lənkəran-Çay-3” SC Lənkəran rayonunun Veravul kəndində yerləşir və 1982-ci ildə istismara verilib. SC-də 2 nəfər işçi çalışır.
2015-ci il mayın 1-nə olan vəziyyətə görə, SC-nin nizamnamə kapitalı 201,15 min manat təşkil edir və bir qiymətli kağızın nominal dəyəri 2 manat olan adi səhmlərə bölünüb.
1 may 2015-ci il tarixinə SC-nin öhdəlikləri 23,481 min manat təşkil edir. Müəssisənin debitor borcu yoxdur.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət