Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini İntiqam Babayevin rəhbərliyi ilə Azərbaycan Respublikasının nümayəndə heyəti 29 may 2015-ci il tarixdə BMT Baş Assambleyasında Gənclər üçün Fəaliyyət üzrə Dünya Proqramının (World Programme of Action for Youth) 20-ci ildönümünə həsr edilmiş ali dərəcəli xüsusi sessiyada iştirak edib.
Gənclər üçün Fəaliyyət üzrə Dünya Proqramı (World Programme of Action for Youth) 1995-ci ildə BMT Baş Assambleyası tərəfindən qəbul edilib. 20 il əvvəl beynəlxalq ictimaiyətin gənclərlə bağlı götürdüyü öhdəliklərin necə icra olunduğunu müzakirə etmək, gənclər siyasəti sahəsində mövcud çətinlikləri və növbəti hədəfləri müəyyən etmək məqsədi ilə keçirilən xüsusi sessiyada, BMT Baş katibi Ban Ki-mun, Baş Assambleyanın Prezidenti Sam Kutesa, Baş katibinin Gənclər üzrə xüsusi elçisi Əhməd Əlhəndavi, 60-a yaxın ölkələnin nazir və nazir müavinləri, beynəlxalq təşkilatların nümayəndələri və müxtəlif ölkələrdən fəal gənclər iştirak edirdilər.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev çıxışında Azərbaycanın uğurlu gənclər siyasəti modelindən, bu sahədə əldə olunan bir sıra nailiyyətlərdən söz açıb və bu uğurlara ölkənin 20 faiz torpaqlarının işğal altında olmasına baxmayaraq nail olduğumuzu xüsusilə qeyd etdi. Nazir müavinin çıxışda keçən ilin oktyabr ayında Bakıda keçirilən Gənclər Siyasəti üzrə Birinci Qlobal Forum və Forumda qəbul edilən Bakı Öhdəlikləri də geniş yer almışdır. Qeyd etmək lazımdır ki, digər çıxışçılar da, o cümlədən BMT Baş katibi Ban Ki-mun və BMT Baş Assambleyasının Prezidenti Sam Kutesa Bakı Öhdəliklərini və onların müasir beynəlxalq gənclər siyasəti üçün əsas prinsiplər təşkil etdiyini dəfələrlə vurğuladılar.
Sessiya çərçivəsində İntiqam Babayev ilə Küveyt, Serbiya, Çin Xalq Respublikası və İsveç nümayəndə heyətlərinin rəhbərləri arasında ikitərəfli görüşlər keçirilmişdir. Görüşlər zamanı ölkələr arasında gənclərlə iş sahəsində əməkdaşlığın genişləndirilməsi məsələsi müzakirə edildi.
Ölkə çıxışlarından sonra sessiya öz işini “Gənclər üçün Fəaliyyət üzrə Dünya Proqramının qəbul edilməsindən sonra ötən 20 ilin təhlili” və “Gələcəyə baxışda Gənclər üçün Fəaliyyət üzrə Dünya Proqramının rolu” adlı panellərdə davam etdi.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət