Suallara tarixçi, Qafqazın Geotarixi və Geosiyasi Araşdırmaları Beynəlxalq Mərkəzinin (Gürcüstan) prezidenti Quram Marxuliya cavab verir
May ayının 29-da Tbilisidə təqdimatı keçirilmiş “Azərbaycan və Ermənistanın alternativ tarixi” filmi barədə nə düşünürsünüz?
- Tarix elmi bu gün mürəkkəb və birmənalı olmayan transformasiya, yeni identifikasiyanın axtarış dövrü keçir. Son zamanlar baş vermiş bir sıra metodoloji “dönüşlər” və nəzəri çağırışlardan sonra “Bu gün tarixlə məşğul olmaq nə deməkdir?”, “Tarixçinin fəaliyyət sahəsi hansıdır?”, “Tarix kimə və nə üçün lazımdır?” kimi suallar bəzən həqiqətən elmi ictimaiyyət üçün ekzistensial səslənərək qeyri-mücərrəd forma almağa başlayıb. Müəllif, tanınmış siyasətçi Fuad Axundov və tarixçi Rizvan Hüseynov tərəfindən təqdim edilən film tarixçilər üçün çox böyük əhəmiyyətə malikdir.
Bu, həqiqətən müasir istorioqrafiya məkanında istiqaməti müəyyən etməyə kömək edən qlobal naviqasiya sistemidir. Bu filmlə tanışlıq erməni ictimaiyyətinə öz tarixi məskunlaşmalarının dəqiq koordinantlarını müəyyən etmək imkanı verəcək. Filmin ən yaxşı cəhəti budur ki, onda erməni və xarici istorioqrafiya ənənələrinin dialoquna yer verilib. Müəllif filmdə Ermənistan tərəfinin başqa xalqların torpağını və mədəni irsini mənimsəmək məqsədi ilə öz xalqının tarixini saxtalaşdırmaq cəhdlərini əyani şəkildə nümayiş etdirib.
Gürcüstanın elmi ictimaiyyətinin nümayəndələri filmi necə qarşıladılar?
-Filmin təqdimatına qədər Ermənistan-Azərbaycan münasibətlərini nəzərə alaraq Gürcüstan ictimaiyyətinin nümayəndələri hesab edirdilər ki, film antierməni xarakteri daşıyacaq, lakin filmin nümayişindən sonra hamı müəllifin obyektiv yanaşmasına təəccübləndi, çünki ilk mənbələrin tarixi keçmişindən kadrlar və arxiv sənədləri nümayiş etdirilib. Buna görə filmin təqdimatı alqışlandı və filmin təkcə gürcü dilinə deyil, Cənubi Qafqaz regionunun həqiqi tarixinin işıqlandırılması məqsədi ilə digər dillərə də tərcümə edilməsi təklif edildi.
Filmin ünvanlandığı əsas kütlə ölkə rəhbərliyi tərəfindən yalan informasiyalara məruz qoyulan erməni ictimaiyyətidir. Belə filmlər regionun tarixi barədə həqiqəti bilmək istəyən erməni ictimaiyyətinin müəyyən hissəsinin maarifləndirilməsində necə rol oynaya bilər?
Həqiqətən film erməni ictimaiyyətinə ünvanlanıb. Çünki erməni xalqının tarixi şüurunun formalaşdırılması praktikası saxtalaşıdırılmış tarixlə əlaqədardır və məhz buradan xalqın yaddaşında tarix barəsində doğru olmayan informasiya qalır və bu da nəticə etibarilə qarşıdurmalara, müharibə və deportasiyalara gətirib çıxarır.
Yuxarıda qeyd edilənlərdən belə nəticə çıxır ki, hörmətli Fuad Axundovun filmi həm də onunla şərtlənib ki, Ermənistanda çox ciddi inkişaf etmiş tarixi şüur var, lakin o, yalan məlumatlar əsasında formalaşıb, buna görə də keçmişin ermənilər tərəfindən interpretasiyası erməni ictimaiyyəti arasında ideoloji şablonların formalaşmasına gətirib çıxarır ki, bu da öz növbəsində bütün bədbəxtliklərin yaranmasına, ilk növbədə isə erməni xalqının özünün bəlalar çəkməsinə səbəb olur.
Həm daşıdığı memorial funksiyalar, həm də keçmişin bərpası məsələsinin effektiv həllinə mane olan ideoloji stereotiplərdən azad olmaq baxımından mədəni-tarixi yaddaş mexanizmi ilə bağlı məsələlər öz aktuallığını saxlayır.
İncəsənətin tarixi-sənədli film kimi vacib istiqamətinin yaradılması və inkişafının çoxillik təcrübəsinin öyrənilməsi ötən əsrlər barədə çəkilən filmlərin ifadə imkanlarının zənginliyi və məna məzmunu haqında bir sıra nəticələr çıxarmağa imkan verir. Belə filmlər kütləvi tamaşaçı cəlb etmək məqsədi ilə keçmişin bərpa edilməsinə yönəldilib. Buna görə də Fuad Axundovun filmi erməni ictimaiyyətinin evlərinə daxil olacaq və onlar ölkələrinin tarixini görmək, rəsmi versiyaya alternativ variantla tanış olmaq imkanı əldə edəcəklər.
Söhbət etdi Fuad Hüseynzadə
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət