SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda (BNEZ) yeni bitum qurğusu tikməyi planlaşdırır. Bu barədə çərşənbə günü jurnalistlərə şirkətin prezidenti Rövnəq Abdullayev məlumat verib.
““Azərneftyağ” NEZ-də mövcud olan bitum qurğusunun gücü ildə 250 min ton təşkil edir. Lakin hazırda həmin zavodun köçürülməsi üzrə iş gedir. Bununla əlaqədar olaraq illik gücü 400 min ton təşkil edən bitum zavodunun tikiləcəyi BNEZ-də yenidənqurma işləri başlayıb. Bu, Azərbaycanda bituma olan tələbatı tam şəkildə ödəməyə imkan verəcək”,- deyə o, “İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin sualını cavablandırıb.
SOCAR prezidenti qeyd edib ki, istifadə olunmuş qurğular satılacaq.
““Azərneftyağ” zavodu söküldükdən sonra mövcud bitum qurğusu və neftin ilkin emalı üçün istifadə olunan bir sıra qurğular satışa çıxarılacaq”,- deyə o bildirib.
R.Abdullayev çərşənbə günü Bakıda “Caspian Oil&Gas” konfransında çıxış edərək bildirib ki, BNEZ-də yenidənqurma və modernləşdirmə işləri 2015-2018-ci illər ərzində aparılacaq.
“İlkin mərhələdə yeni bitum qurğusunun, ildə 3 mln. ton istehsal gücünə malik dizel yanacağı qurğusunun, eləcə də katalitik krekinq və ELOU-AVT-nin tikintisi planlaşdırılır”, - deyə o bildirib.
Hazırda Heydər Əliyev adına BNEZ Azərbaycanda fəaliyyət göstərən yeganə neft emalı zavodudur. “Azərneftyağ” NEZ 2015-ci il yanvarın 1-dən bu zavodun tərkibinə daxil edilib.
N.Abbasova
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group və Vodafone Group arasında tərəfdaşlıq müqaviləsi imzalandı
AccessBank daha bir regionda: Goranboyda yeni filialın açılışı
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət