SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) Bakının Qaradağ rayonunda yeni neft-qaz emalı və neft-kimya kompleksinin (OGPC) tikintisi layihəsinin birgə reallaşdırılması üçün tərəfdaş investor cəlb etməyi planlaşdırır. Bu barədə SOCAR-ın strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov cümə axşamı Bakıda keçirilən “Caspian Oil&Gas 2015” konfransında çıxışı zamanı bildirib.
“Bir neçə şirkət bu layihədə tərəfdaş investor qismində iştirakla bağlı təkliflərini təqdim ediblər. Bununla əlaqədar SOCAR potensial tərəfdaşlarla müvafiq danışıqlara başlayıb”, - deyə o qeyd edib.
T.Qəhrəmanovun sözlərinə görə, danışıqların uğurla başa çatacağı təqdirdə layihənin digər mərhələləri seçilmiş tərəfdaş investorla birgə həyata keçiriləcək.
Xəbər verildiyi kimi, OGPC kompleksinin tikinti layihəsi iki mərhələdə həyata keçiriləcək, birinci mərhələdə qaz emalı zavodu və neft-kimya zavodunun tikintisi, ikinci mərhələdə neft emalı zavodunun tikintisi nəzərdə tutulub. Birinci mərhələ çərçivəsində tikinti işləri 2015-2020-ci illəri əhatə edəcək.
I mərhələnin dəyəri $7 mlrd. təşkil edir və onun 30%-nin dövlət vəsaiti, 70%-nin isə borc vəsait hesabına maliyyələşdirilməsi planlaşdırılır. Kreditlər üzrə faizlərin ödənilməsi nəzərə alınmaqla ümumilikdə bu layihənin dəyəri $8,45 mlrd. təşkil edir. Birinci mərhələnin gəlirliliyi 20%-dən çox, investisiya xərclərinin çıxarılma müddəti 4-5 ildir.
Birinci mərhələdə illik istehsal gücü 12 mlrd. kubmetr olan qaz emalı zavodunun və ildə 860 min ton polimer (yüksək və aşağı sıxlıqlı polietilen və polipropilen) istehsalını nəzərdə tutan neft-kimya zavodunun, avtonom enerji bloku daxil olmaqla ümumi zavod təsərrüfatının tikintisi planlaşdırılır.
8,6 mln. ton gücə malik yeni NEZ-in 2030-cu ildə istismara verilməsi nəzərdə tutulur. Neftin emal dərinliyi 95%-ə, açıq neft məhsullarının çıxımı 85%-ə çatacaq.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət