İraqın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Heydər Şiyə Əl-Barrak Caspian Energy İnternational Media Group-un prezidenti və baş redaktoru Natalya Əliyevanı, Caspian Energy İnternational Media Group-un baş direktoru Rasim Mahmudovu və Caspian Energy News-un müxbiri Səbinə Məmmədovanı qəbul edib.
Görüş zamanı Caspian European Club və Caspian Energy İnternational Media Group çərçivəsində əməkdaşlığın genişləndirilməsi imkanları, həmçinin İraqın baş naziri Hayder Əl-Abadinin müsahibəsinin dərci planlaşdırılan İraq iqtisadiyyatının inkişafına həsr olunmuş xüsusi nömrənin buraxılışı müzakirə olunub.
Səfir Heydər Şiyə Əl-Barrak Caspian European Club və Caspian Energy İnternational Media Group-un fəaliyyətini yüksək qiymətləndirib. O qeyd edib ki, Caspian Energy jurnalının iqtisadiyyat və energetika bölmələri İraqda xüsusi maraqla qarşılanır. Səfir www.caspianenergy.net saytında və dünyanın 50 ölkəsində yayımlanan Caspian Energy jurnalında dərc olunan məqalə və materialları izlədiyini diqqətə çatdırıb.
O, Caspian Energy jurnalında İraq iqtisadiyyatı barədə məqalə və müsahibələrin dərcində maraqlı olduğunu bildirib.
Görüşün sonunda İraqın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Heydər Şiyə Əl-Barrak Caspian Energy jurnalına eksklüziv müsahibə verib.
Azərbaycanla İraq arasında əməkdaşlığın perspektivlərindən bəhs edən səfir Heydər Şiyə Əl-Barrak Caspian Energy-yə verdiyi müsahibəsində vurğulayıb ki, “2014-cü ildə ölkələr arasında əmtəə dövriyyəsi 354 milyon dollar təşkil edib. Biz bu məbləğin 2015-ci ildə artacağını gözləyirik”.
Onun sözlərinə görə, “İraqın Neft Nazirliyi və Azərbaycan Respublikasının Energetika Nazirliyi arasında memorandumun imzalanması ilə neft sahəsində sarsılmaz strateji əməkdaşlığın təməli qoyulub”. Bundan əlavə, diplomat qeyd edib ki, “İraqla Azərbaycan arasında qaz sahəsində əməkdaşlığın və digər sahələr üzrə kadr potensialının inkişafı ilə bağlı sövdələşmə əldə edilib”.
* Material, informasiya və məqalələrin dərci, video və audio süjetlərin hazırlanması zamanı Caspian European Club-un tədbirinə istinad etmək mütləqdir.
Əlavə məlumat üçün:
Tel./Faks: (+994 12) 447 02 36/38, 447 21 86/87
E-mail: info@caspianenergy.net; info@caspenergy.com
URL: www.caspianenergy.net; www.caspianenergy.org; www.caspianenergyforum.com; www.caspianenergy.info; www.caspianenergy.photo; www.caspianenergy.tv; www.caspianenergy.co.uk; www.caspianenergy.ceo; www.award.az; www.oil-gas.az
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət