“İnterfaks-Azərbaycan” agentliyinin Rusiya Milli Olimpiya Komitəsinin baş katibi, beşqat Olimpiya çempionu Anastasiya Davıdova ilə müsahibəsi
- Necə hesab edirsiniz, Azərbaycan bu Oyunlara nə dərəcədə hazırdır? Bu gün Bakıda hansı əhval-ruhiyyə hökm sürür?
- Tam səmimiyyətlə deyə bilərəm ki, sadəcə olaraq heyrət içindəyəm. Şəhərin (Bakının -İF-Az) memarlığından başlayaraq, Azərbaycanın bu yarışlara məsuliyyətlə yanaşmasına və obyektlərin inşasına dair yüksək səviyyədə qərarın qəbul edilməsinə qədər hər şey heyran edib. Sözsüz ki, bu Olimpiya səviyyəsidir. Düşünürəm ki, II Avropa Oyunlarını qəbul edəcək şəhər və ölkəyə çox çətin olacaq. Ola bilsin ki, Niderlandın qorxusu (Niderlandın İkinci Avropa Oyunlarından imtina etməsi - İF-Az) məhz bununla əlaqədardır. Görünür, onlar Bakıda nələrin baş verdiyinin şahidi olublar və bu səviyyəyə çata bilməyəcəklərini anlayıblar. Olimpiya əhval-ruhiyyəsi hökm sürür. Bunu bizim (Rusiyanın -İF-Az) komandamızda da müşahidə etmək mümkündür. Bura sanki Avropadır. Şəhərdə bu cür atmosferin hökm sürməsi və bütün idman növlərinin birləşdirilməsi ilə əlaqədar həm məşqçilər, həm də idmançılar özlərini tamamilə başqa cür hiss edirlər, onlar artıq həyəcanlanmırlar, daha çox hazırlaşırlar, anlayırlar ki, bu baçlanğıc daha da məsuliyyətlidir.
- Bakıda keçirilən Avropa Oyunlarında komandaların ikinci heyətlə çıxış etmələrinə dair iddialar barədə nə deyə bilərsiniz?
- Məsələ bundadır ki, Bakıda keçirilən Avropa Oyunları bəzi idman növləri üzrə dünya çempionatları ilə üst-üstə düşür. Deməzdim ki, Bakıda ikinci heyət iştirak edir. Bu, yuniorlardan ibarət heyətlərdir. Bu, tamamilə fərqli anlayışlardır. Rusiyanın sinxron üzgüçülük üzrə yığma komandası 15-18 yaş arası ən güclü uşaqları gətirib. Bəzi idman növləri üzrə həqiqətən də bu cür vəziyyət müşahidə olunur. Ancaq əsasən yığma komandalar və onların əksəriyyəti Rio de Janeyroda keçiriləcək Olimpiya Oyunlarına vəsiqə qazanırlar. Hər halda bu, Birinci Avropa Oyunlarıdır. Düşünürəm ki, gələcəkdə yarışların statusu daha da artacaq.
Digər tərəfdən, düşünürəm ki, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkiyə bütün bu idman növlərini tutuşdurmaq, onların heç bir dünya və Avropa çempionatları ilə üst-üstə düşməməsi üçün düzgün zamanı müəyyən etmək çox çətin olub.
- Rusiya komandası hansı idman növləri üzrə ən yaxşı nəticələrə ümid edir?
- Sözsüz ki, bu, sinxron üzgüçülükdür. Düşünürəm ki, üzgüçülükdə mükafat yerləri uğrunda mübarizə apara bilərik. Suya tullanma, bədii gimnastika, idman gimnastikası, cüdo... kimi isə unudub xətrinə dəyməkdən qorxuram, lakin bir çox idman növlərində medallar uğrunda mübarizə aparacağıq.
- Rusiya komandasının debütantları ilə bağlı hansı ümidləriniz var?
- Sözsüz ki, bir çox idmançı üçün bu Oyunlar onların idman karyeralarında həqiqətən də çox mühüm əhəmiyyət kəsb edir. Hesab edirəm ki, bu yarışlar bir çox idmançı üçün Olimpiya hədəfinə çatmaq baxımından bir növ təkan rolunu oynayır.
- Bir sıra beynəlxalq informasiya resursları bu Oyunların gələcəkdə keçirilməsini Niderlandın bu məsələyə dair mövqeyi ilə əlaqədar sual altına qoyur. Necə hesab edirsiniz, Azərbaycanın Birinci Avropa Oyunlarına bu cür hazırlığı, sərf etdiyi əməkdən sonra elə bu Oyunlarla da kifayətlənmək nə dərəcədə ədalətli olar?
- Patrik Hikkinin bu Oyunların keçirilməsinə necə çətinliklə və uzun müddətə nail olduğunu bilirəm. Lakin əminəm ki, Bakıdan sonra heç kəs deməyəcək ki, guya şəhər yoxdur, keçirməyəcəyik. Yəni Hikki sonuna qədər mübarizə aparacaq, əminəm ki, şəhər tapılacaq. Nəhayət, müvafiq səviyyədə idman obyektlərinin sayının çox olduğu bir çox şəhərlər var.
Əminəm ki, Oyunların davamı olacaq. Hər bir qitədə mühüm əhəmiyyət kəsb edən Oyunlar keçirilir. Düşünürəm ki, bizim qitə geri qalmamalıdır və biz səylərimizi birləşdirərək Avropa Oyunlarının keçirilməsi üzrə bu gözəl ənənəni davam etdirməliyik ki, 49 Milli Olimpiya komitəmiz görüşərək “Ən yaxşı MOK” adı uğrunda mübarizə aparsınlar.
Söhbət etdi Fərdin İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət