Azərbaycan Respublikasının Səfirliyi Almaniya Bundestaqı tərəfindən qəbul olunan qətnaməyə mövqeyini aşağıdakı şəkildə bildirir:
Bu gün Almaniya Bundestaqında CDU/CSU (Xristian Demokratlar və Xristian Sosialistlər İttifaqı) və SPD (Sosial Demokratlar Partiyası) fraksiyalarının irəli sürdüyü „Azərbaycanda insan hüquqlarının qorunmasını tələb etmək“ adlı qətnamə qəbul edilmişdir.
Belə bir qətnamənin qəbulu Almaniya və Azərbaycan arasındakı dostluq münasibətlərinin ruhuna uyğun deyil və ikitərəfli münasibətlərin gərginləşməsinə xidmət edir. Bu hər şeydən əvvəl orada əksini tapan ittihamların düzgün olmaması və boş mülahizələrə əsaslanmasından qaynaqlanır. Qətnamənin qəbul olunması vaxtının ölkəmizdə keçiriləcək ilk Avropa Oyunlarının açılışı ilə bir vaxta düşməsi ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən bu idman tədbirininkeçirilməsini kölgə altına almaq və bununla Azərbaycan-Almaniya, habelə Azərbaycan-Avropa İttifaqı münasibətlərinə xələl gətirmək məqsədi daşıyır. Bu bizdə dərin təəssüf hissi doğurur.
Bir daha bəyan etmək istəyirik ki, biz konstruktiv, dəqiq ifadə olunmuş və faktlara əsaslanan tənqidə qarşı deyilik. Lakin sözügedən qətnamə Azərbaycanı kor-koranə şəkildə hədəfə alır və ölkəmizə qarşı əsassız ittihamlar irəli sürür. Bu ittihamları qətiyyətlə rədd edirik. Heç bir şəxs ölkəmizdə öz jurnalist və ya siyasi fəaliyyətinə görə həbs olunmamış və olunmur. Almaniya Federativ Respublikasının ali siyasi orqanlarından olan Bundestaqın qeyri-dəqiq və səhv məlumatlara əsaslanaraq ölkəmizi ittiham etməsi qəbuledilməzdir.
Azərbaycan 24-illik müstəqilliyi dövründə mühüm demokratik inkişaf yolu keçmiş və kiçik zaman müddətində bütün sahələrdə böyük nailiyyətlər əldə etmişdir. Ölkəmizdə yeni katolik, rus-ortodoks kilsələrinin tikintisi və bərpası, bizim regionda ən böyük yəhudi sinaqoqunun Bakıda açılması Azərbaycanda hökm sürən dini tolerantlığın yüksək səviyyəsindən xəbər verir. Bu sahədə həyata keçirilən işləri və göstərilən səyləri nəzərəalmadan sözü gedən qətnamə ölkəmizi dini azadlığın mövcud olmamasında qınayır. Bu qətnamənin məsələyə necə qərəzli yanaşdığını sübut edən nümunələrdən biridir.
Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür və könüllü şəkildə demokratiya yolunu seçmişdir. Azərbaycan bu gün də bu yolu davam etdirir.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət