"SOCAR Georgia Energy" (SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti) Gürcüstandakı törəməsi - İF-Az) Tbilisidə daşqın nəticəsində zərər çəkənlərə maddi yardım göstərib. Bu barədə SOCAR-ın saytında məlumat verilir.
““SOCAR Energy Georgia” zərər çəkmiş paytaxt sakinlərinə yardım üçün ilkin mərhələdə 50 min lari vəsait ayırıb”, - deyə məlumatda qeyd edilib.
“Bundan əlavə, Tbilisi meriyasının əhalinin sosial problemlərinin həlli ilə məşğul olan xidməti 10 min litr yanacaqla təmin olunub. Şirkətin rəhbərliyi yardım tədbirlərinin digər variantlarını da nəzərdən keçirir”,- deyə məlumatda bildirilir.
Xəbər verildiyi kimi, iyunun 14-də, bazar gününə keçən gecə Tbilisidə daşqın baş verib. Rəsmi məlumatlara görə, 15 nəfər həlak olub, 7 nəfər itkin düşüb. Yaşayış evlərini, zooparkı, Tamaz Elizbaraşviliyə məxsus olan köpəklər üçün sığınacağı su basıb. Şəhər infrastrukturuna ciddi ziyan dəyib.
Gürcüstanın baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze bildirib ki, daşqın nəticəsində Tbilisiyə dəyən ziyanın miqdarı 100 milyon lariyə ( $45 mln.-a yaxın) çatacaq.
Gürcüstan yardım üçün donor ölkələrə və təşkilatlara müraciət edib, onların nümayəndələri artıq daşqının nəticələri ilə tanış olublar.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət