Beynəlxalaq Maliyyə Korporasiyası (IFC) “MCB Leasing" şirkətinə $3 mln. məbləğində kredit ayırıb. Bu barədə korporasiyanın saytında məlumat verilir.
İyunun 16-da IFC «MCB Leasing» ilə kredit sazişi imlazayıb.
“Kredit vəsaiti “MCB Leasing"ə Azərbaycanda kiçik və orta sahibkarlıq sektorunda müştəriləri dəstəkləməyə imkan verəcək”, - deyə korporasiyanın məlumatında deyilir.
“MCB Leasing" QSC 2009-cu ilin oktyabr ayında Azərbaycanda qeydiyyatdan keçib və 2010-cu ilin ortalarında fəaliyyətə başlayıb. Şirkətin əsas səhmdarı “MCB BANK Limited”dir (Pakistan). QSC-nin səhmlərinin bir hissəsi isə azərbaycanlı fiziki şəxsə məxsusdur. 2013-cü ilin sonuna şirkət Azərbaycanın lizinq xidmətləri bazarında 3,2% pay sahibidir.
Azərbaycan 1995-ci ildən IFC-nin üzvüdür. Əməkdaşlıq dövründə korporasiya Azərbaycanda 73 layihənin maliyyələşdirilməsinə $414 mln. yönəldib. Bundan başqa, İFC bu layihələrin reallaşdırılması üçün digər kredit təşkilatlarından $73 mln. vəsaitin cəlb olunmasına yardım edib.
A.Əzizov
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət