Azərbaycanın kütləvi informasiya vasitələri xarici qüvvələrin respublikaya təzyiq göstərmək cəhdlərinə qarşı mübarizədə mühüm rol oynayır. Bu barədə Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Bakı Dövlət Universitetində Azərbaycan jurnalistikasının 140 illiyinə həsr olunan konfransda bəyan edib.
“Dünyanın ən iri dairələri dünyanı, kiçik dövlətləri, o cümlədən Azərbaycanı idarə etmək istəyirlər. Lakin biz rəhbərliyi müstəqil siyasət yürüdən ölkəmizə təzyiq göstərmək cəhdlərinə qarşı durmalıyıq. Bu məsələdə KİV-lərin rolu böyükdür”, - deyə Ə.Həsənov bildirib.
Onun sözlərinə görə, bu gün media cəmiyyətin informasiya əldə etməsi ilə bağlı tələbatını tam təmin edir və xarici qüvvələrin Azərbaycanda xaos yaratmaq cəhdlərinə qarşı mübarizədə mühüm rol oynayır.
“Bu gün media nəinki müstəqil fəaliyyət göstərir, həm də Qərbin bəzi qüvvələrinin Azərbaycana təzyiq göstərmək cəhdlərinə qarşı durmaq məqsədilə dövlətə dəstək olur və Azərbaycan əleyhinə nəşr və bəyanatlara layiqli cavab verir”, - deyə o bildirib.
Ə.Həsənov vurğulayıb ki, bu gün müəyyən qüvvələr siyasətlərində nəinki ikili, hətta bir neçə standart istifadə edirlər. “Qərb dünyada qeyri-obyektiv təbliğat aparır. Bir çox KİV-lər məşhur mərkəzlərin sifarişlərini yerinə yetirərək dünyada baş verən prosesləri subyektiv işıqlandırırlar. Lakin obyektivliyin nədən ibarət olduğu bizə məlumdur. Bu gün Asiya, Afrika və Şərqə aid olan bir çox faktlar düzgün qələmə verilmir. Müsəlman ölkələri terrorçu kimi tanıdılır. Ancaq biz son on il ərzində bir-biri ilə vuruşdurulan bütöv ölkələr, xalqlar, etnik azlıqlarla hansı faciələrin baş verdiyini görürük”, - deyə Azərbaycan prezidentinin köməkçisi bildirib.
Onun sözlərinə görə, bu gün Qərb bütün dünyada siyasi məhbuslar axtararaq, misal üçün, həbsdə olan və edam etməyə hazırlaşdıqları Misirin qanunla seçilmiş prezidenti Mursiyə diqqət yetirmir. “Prezident Mursi dünyada bir nömrəli siyasi məhbusdur, lakin kiminsə maraqlarına cavab vermədiyi üçün buna heç kəs diqqət yetirmir”, - deyə Ə.Həsənov qeyd edib.
O, yerli KİV-ləri Azərbaycan əleyhinə kampaniyalara daha fəal qarşı durmağa çağırıb. “Əfsuslar olsun ki, xaricdə yaşayan bəzi azərbaycanlı jurnalistlər anti-Azərbaycan kampaniyalarının keçirilməsi üçün Qərb dairələrinin əlində alətdirlər. Anti-Azərbaycan şəbəkələri formalaşdırılıb, Azərbaycan KİV-ləri onlara qarşı durmalıdırlar”, - deyə dövlət başçısının köməkçisi vurğulayıb.
Bununla yanaşı, o, I Avropa Oyunları ərəfəsində və keçirilməsi zamanı Azərbaycana təzyiq göstərmək cəhdlərinin nəticəsizliyini qeyd edib.
“I Avropa Oyunları ərəfəsində Bakını nüfuzdan salmaq üçün necə cəhdlərin həyata keçirildiyinə fikir verin. Onlar heç nəyə nail olmadılar. Onlara ən çoxu 60-70 nəfər dəstək oldu. Qərbin qərəzli kampaniyasının heç bir nəticəsi olmadı, çünki biz haqlıyıq, onlar yalanı zorla boynumuza qoya bilmədilər”, - deyə Ə.Həsənov vurğulayıb.
O bəyan edib ki, bir çoxları gənc müsəlman dövlətinin bir çox iri ölkələrin keçirə bilmədikləri möhtəşəm yarışları yüksək səviyyədə keçirməsi faktını rahat qəbul edə bilmirlər.
“Onlar ölkəmizdə tolerantlığın hökm sürməsinə, uğurla inkişaf etməyimizə, bura səfər edən turistlərin Azərbaycanın müsbət obrazına əmin olduqlarına qısqanclıqla yanaşırlar. Bu, bir çoxlarına sərf etmir və gələcəkdə də belə olacaq. Qarşıda bizi parlament seçkiləri, Beynəlxalq Şahmat Olimpiadası, İslam Həmrəylik Oyunları, 2020-ci ildə futbol üzrə Avropa çempionatı gözləyir. Buna görə KİV və cəmiyyət gözü açıq olmalıdır, xaricdən bu cür cəhdləri aşkar etməli və qarşı durmalıdır. Biz Azərbaycanı xaosa sürükləməyə imkan verməyəcəyik və bu məsələdə böyük rol mediaya məxsusdur”, - deyə Ə.Həsənov vurğulayıb.
R.Babayev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət