Cəbhə bölgəsində yeni tikilərək müasir avadanlıqlarla tam təchiz edilən növbəti hərbi hissə istifadəyə verilib. Bu barədə çərşənbə günü Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Müdafiə Nazirliyinin rəhbərliyi cəbhəboyu zonada yerləşən hərbi hissənin açılışında iştirak edərək yeni inşa edilən qərargah, əsgər yataqxanaları, döyüş texnikası üçün saxlanclar, sıra meydanı, yeməkxana, tibb məntəqəsi, hamam-camaşırxana, qazanxana kompleksi və digər obyektlərlə tanış olub.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov yeni hərbi hissənin açılışı münasibətilə şəxsi heyət qarşısında çıxış edərkən Ali Baş Komandanın ordu quruculuğuna göstərdiyi yüksək diqqətin nəticəsi olaraq son vaxtlar döyüş və mənəvi-psixoloji hazırlığın daha da gücləndirilməsi, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması və maddi-texniki bazanın möhkəmləndirilməsi məqsədilə görülən işləri diqqətə çatdırıb.
“Bu, növbəti dəfə Azərbaycan dövlətinin iqtisadiyyatının qüdrətinin təsdiqi və Silahlı Qüvvələrə göstərilən qayğının nəticəsidir. Bir neçə gün əvvəl Hərbi Dəniz Qüvvələrinin yeni bazasının açılışını həyata keçirdik. Bu Xəzər dənizində müasir qurğu və avadanlıqlarla təmin edilmiş ən böyük hərbi-dəniz bazasıdır”,- deyə müdafiə naziri bildirib.
“Dövlətimizin diqqət və qayğısı nəticəsində Silahlı Qüvvələr ən müasir döyüş texnikası, silah və sursatla təmin olunur. Bu gün Silahlı Qüvvələrimiz Azərbaycan xalqının və dövlətimizin etimadını doğrultmaq məqsədilə döyüş hazırlığını artırmaq və xidməti yüksək səviyyədə təşkil etməklə işğal olunmuş torpaqlarımızın azad edilməsi vəzifəsini yaxın vaxtda həyata keçirməyə qadirdir. Prezidentin birmənalı şəkildə dediyi “Rədd olsunlar bizim torpaqlardan. Əgər erməni əsgəri ölmək istəmirsə, Ağdama, Füzuliyə gəlməsin” sözləri bizim üçün bir göstərişdir və biz bunu layiqincə yerinə yetirməliyik. Çünki bunu bizdən Azərbaycan xalqı gözləyir, Ali Baş Komandan tələb edir”,- deyə o vurğulayıb.
Y.Əliyev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət