Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Alper Coşqun Caspian Energy İnternational Media Group-un prezidenti və baş redaktoru Natalya Əliyevanı, Caspian Energy jurnalının böyük meneceri Emil Məmmədovu və Caspian Energy News-un müxbiri Səbinə Məmmədovanı qəbul edib.
Görüş zamanı Caspian European Club və Caspian Energy İnternational Media Group çərçivəsində əməkdaşlığın genişləndirilməsi imkanları, həmçinin Türkiyə iqtisadiyyatının inkişafına həsr olunmuş xüsusi nömrənin buraxılışı müzakirə olunub.
Səfir Alper Coşqun Caspian European Club və Caspian Energy İnternational Media Group-un fəaliyyətini yüksək qiymətləndirib. O qeyd edib ki, Caspian Energy jurnalının iqtisadiyyat və energetika bölmələri Türkiyədə xüsusi maraqla qarşılanır. Səfir www.caspianenergy.net saytında və dünyanın 50 ölkəsində yayılan Caspian Energy jurnalında nəşr olunan məqalə və materialları izlədiyini bildirib.
O, Caspian Energy jurnalının səhifələrində Türkiyə iqtisadiyyatı ilə bağlı məqalə və müsahibələrin dərcində maraqlı olduğunu diqqətə çatdırıb.
Görüşün sonunda Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Alper Coşqun Caspian Energy jurnalına eksklüziv müsahibə verib.
Caspian Energy-yə müsahibəsində Azərbaycanla Türkiyə arasındakı əməkdaşlığın perspektivlərindən danışan səfir Alper Coşqun vurğulayıb ki, “bizim ölkələrimiz arasında uzunmüddətli əməkdaşlıq yaradılıb və Azərbaycan Türkiyənin ən mühüm və etibarlı tərəfdaşıdır”.
“Xüsusi əhəmiyyətə malik olan Azərbaycan-Türkiyə əlaqələri sadəcə iki ölkə arasındakı rəsmi və ənənəvi münasibətlərə əsaslanmır. Biz Azərbaycana təkcə enerji mənbəyi və ya ixracat həyata keçirdiyimiz bazar kimi baxmırıq. Azərbaycan bizim üçün mühüm tərəfdaş və qardaş ölkədir. Ümumi keçmişimiz olduğu kimi biz ümumi gələcəyə də böyük ümidlər bəsləyirik”, - deyə səfir vurğulayıb.
Bundan əlavə, enerji əməkdaşlığı məsələsinə də toxunan Alper Coşqun “Cənub Qaz Dəhlizi” çərçivəsində həyata keçirilən layihələrin əhəmiyyətini xüsusilə vurğulayıb.
* Material, informasiya, məqalələrin dərcində, video və audio süjetlərin hazırlanmasında Caspian European Club-un tədbirlərinə istinad etmək mütləqdir.
Əlavə məlumat üçün:
Tel./Faks: (+994 12) 447 02 36/38, 447 21 86/87
E-mail: info@caspianenergy.net; info@caspenergy.com
URL: www.caspianenergy.net; www.caspianenergy.org; www.caspianenergyforum.com; www.caspianenergy.info; www.caspianenergy.photo; www.caspianenergy.tv; www.caspianenergy.co.uk; www.caspianenergy.ceo; www.award.az; www.oil-gas.az
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət