Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qanunsuz olaraq bankların hesablarına girərək pul mənimsəmədə təqsirli bilinən 6 nəfərin məhkəməsi başa çatıb.
Onlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talama), 271.3-cü (ictimai əhəmiyyətli infrastruktur obyektin kompüter sisteminə qanunsuz daxil olma) və 272.3-cü (ictimai əhəmiyyətli infrastruktur obyektin kompüter sistemində məlumatları qanunsuz ələ keçirmə) maddələri ilə ittiham olunublar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə məhkəmədən məlumat verilib.
Məhkəməninhökmü ilə Fərid Hadiyev 10 il, Yaşar Ələkbərov və Rinat Aqarunov 9 il 6 ay, Nasir İbrahimov 6 il 6 ay, Fərrux Bayramov və Nair İfraimovun hər biri isə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Cinayət işinin materialında bildirildiyi kimi, 2014-cü ilin iyun ayında Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Azərbaycan vətəndaşları Fərid Hadiyev, Yaşar Ələkbərov, Nasir İbrahimov, Fərrux Bayramov, Rinat Aqarunov və RF vətəndaşı Nair İfraimov saxlanılıblar.
Məsuliyyətə cəlb edilmiş şəxslər həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində kompüter sisteminə qanunsuz daxil olaraq həmin sistemdəki məlumatları ələ keçirməklə müxtəlif bank hesablarından külli miqdarda pul vəsaitlərinin talanması faktı ilə ittiham olunublar.
Müəyyən edilib ki, Bakıda fəaliyyət göstərən banklardan birində əməliyyat şöbəsində baş mütəxəssis işləyən Fərid Hadiyev informasiya texnologiyalarından istifadə edilməklə külli miqdarda özgənin əmlakını gizli olaraq talamaq məqsədilə yaxın tanışı Yaşar Ələkbərovla qabaqcadan əldə edilmiş razılığa əsasən tanışları Nasir İbrahimova və Nair İfraimova Bakıda fəaliyyət göstərən digər bir bankda etibar etdikləri Azərbaycan Respublikası vətəndaşlarının adına bank hesabları açmağı tapşırıblar. Nasir İbrahimov Fərrux Bayramova, Nair İfraimov Rinat Aqarunova informasiya texnologiyalarından istifadə edilməklə külli miqdarda özgənin əmlakını gizli olaraq talamaq məqsədilə ayrı-ayrılıqda onların adına bank hesablarını açmağı təklif edib, Fərrux Bayramov və Rinat Aqarunov da bununla razılaşıblar.
Nasir İbrahimov Fərrux Bayramovla, Nair İfraimov isə Rinat Aqarunovla birlikdə Fərrux Bayramovun və Rinat Aqarunovun adlarına bank hesabları açdıraraq, hər ikisi üçün “MasterCard Standard” plastik kartı sifariş edib və hazır olan kimi hesabın açılması ilə bağlı sənədləri kartla birlikdə götürüblər.
Bundan sonra Fərid Hadiyev qabaqcadan əldə edilmiş razılığa əsasən, işlədiyi bank filialında xidməti fəaliyyətinin imkanlarından istifadə etməklə iri məbləğdə əmanətləri olan bir sıra şəxslərin kredit kartlarının nömrələrini əlaqədar öyrənərək, həmin nömrələri mobil telefonla Yaşar Ələkbərova göndərib. Yaşar Ələkbərov mart ayında həmin nömrələrdən istifadə edərək qeyd olunan bank əmanətçilərinin kart hesablarından ümumilikdə 76 min ABŞ dolları məbləğində pulu elektron köçürmə yolu ilə Fərrux Bayramovun “MasterCard Standard” plastik kartına, may ayında isə təxminən 178 min ABŞ dolları məbləğində pulu elektron köçürmə yolu ilə Rinat Aqarunovun “MasterCard Standard” plastik kartına köçürüb və hər iki halda Fərid Hadiyevi məlumatlandırıb. Pulların köçürülməsindən sonra Fərid Hadiyevin tapşırığına əsasən Nasir İbrahimovla Fərrux Bayramov birlikdə sonuncunun adına olan plastik kartdan istifadə etməklə Bakı şəhərində müxtəlif yerlərdə yerləşən bankomatlar və bank filialı vasitəsilə qanunsuz köçürülmüş həmin pul vəsaitlərini hissə-hissə nağdlaşdırıblar. Nair İfraimov isə Moskva şəhərində Rinat Aqarunovun adına olan plastik kartdan istifadə etməklə bu şəhərdəki bankomatlar vasitəsilə qanunsuz köçürülmüş həmin pul vəsaitlərini hissə-hissə nağdlaşdırıb.
Beləliklə, Fərid Hadiyev, Yaşar Ələkbərov, Nasir İbrahimov, Fərrux Bayramov, Rinat Aqarunov və Nair İfraimov qabaqcadan əlbir olaraq bir qrup şəxs halında informasiya texnologiyalarından istifadə etməklə özgənin külli miqdarda əmlakını gizli olaraq talayıb nağdlaşdırdıqları 254 min ABŞ dolları məbləğində pulu öz aralarında bölüblər. Qrupun üzvləri növbəti dəfə öz hüquqazidd əməllərini davam etdirməyə cəhd göstərərkən Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən xüsusi əməliyyat planı əsasında cinayət başında yaxalanıblar.
C.Həmidov
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət