İtaliya beynəlxalq antiterror fəaliyyətində Bakının rolunu yüksək qiymətləndirir. Bu barədə İtaliya prezidenti Sergio Mattarella Azərbaycanın dövlət başçısı İlham Əliyevlə görüşü zamanı bildirib.
Romada keçirilən görüşdə S.Mattarella Heydər Əliyev Fondunun ikitərəfli münasibətlərin, mədəni sahədə əlaqələrin inkişafında mühüm rolunu vurğulayıb. O, “Milan Expo 2015” sərgisində Azərbaycan pavilyonunun yüksək səviyyədə təşkil olunduğunu qeyd edib.
Bundan başqa, S.Mattarella Azərbaycanın beynəlxalq münasibətlər sistemində, antiterror fəaliyyətində, ekstremizmə və radikalizmə qarşı beynəlxalq səviyyədə mübarizədə rolunu yüksək qiymətləndirib.
S.Mattarella Azətbaycan və İtaliya arasında güclü dostluq münasibətlərinin mövcud olduğunu diqqətə çatdıraraq vurğulayıb ki, bu, xalqlarımızı daha da yaxınlaşdırır. O, Azərbaycanın yalnız regionda deyil, ümumiyyətlə beynəlxalq dialoqun həyata keçirilməsi işində rolunu yüksək qiymətləndirib.
Öz növbəsində İ.Əliyev İtaliyanın Azərbaycan üçün mühüm tərəfdaş ölkə olduğunu vurğulayıb və ötən il İtaliyaya səfəri zamanı qəbul edilmiş strateji tərəfdaşlıq haqqında sənədin əhəmiyyətini xüsusi qeyd edib.
Dövlət başçısı ikitərəfli münasibətlərin siyasi, iqtisadi, energetika və digər sahələrdə uğurla inkişaf etdiyini bildirib. İtaliyanın Azərbaycanın əsas ticarət tərəfdaşı kimi önəmini qeyd edən İ.Əliyev siyasi, iqtisadi, mədəni, o cümlədən enerji, tikinti, sənaye, nəqliyyat sahələrində əlaqələrinin uğurla inkişaf etdiyini bildirib.
“Cənub Qaz Dəhlizi” layihəsinin əhəmiyyətinə toxunan İ.Əliyev bildirib ki, bu layihə ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi, eyni zamanda, Azərbaycan ilə İtaliya arasında sıx əməkdaşlığın daha da genişləndirilməsi işinə öz töhfəsini verir. Onun sözlərinə görə, “Cənub Qaz Dəhlizi” Azərbaycan və İtaliya arasındakı uğurlu əməkdaşlığın bariz nümunəsidir.
Dövlət başçısı Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində İtaliya şirkətlərinin fəal iştirak etdiyini xüsusi vurğulayıb.
Söhbət zamanı iqtisadi, siyasi, mədəni əlaqələrimizin daha da genişləndirilməsi, ikitərəfli münasibətlərin Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı çərçivəsində möhkəmləndirilməsi baxımından önəmi vurğulanıb və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
F.İsazadə
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət