Tbilisidə hesab edirlər ki, Qəbələ şəhərində eyniadlı klubla Gürcüstanın “Dinamo” klubu arasında futbol oyunu zamanı sonuncunun dövlət bayrağının yandırılması və tribunalarda Azərbaycanın respublikaya qarşı ərazi iddialarının yer aldığı plakatların asılmasını radikalların təxribatı hesab edirlər.
“Bu, təxribat idi. Əfsuslar olsun ki, bu cür təxribatçılar bütün ölkələrdə var. Bizdə də var. Əminəm ki, bu cür təxribatlar Azərbaycanla münasibətlərimizə heç cür təsir etməyəcək”, - deyə Gürcüstanın baş naziri İrakli Qaribaşvili cümə günü jurnalistlərə bildirib.
“Vurğulamaq istərdim ki, bir neçə şəxsin ağılsız hərəkətləri Gürcüstanla Azərbaycanın dostluq münasibətlərinə təsir etməyəcək”, - deyə Gürcüstanın baş nazirinin müavini, yaxın keçmişdə məşhur futbolçu olmuş Kaza Kaladze jurnalistlərə bəyan edib.
Cümə günü sosial şəbəkələrdə yayılan videokadrlarda göründüyü kimi, dünən oyun zamanı tribunalarda bir qrup azərbaycanlı azarkeş Gürcüstan bayrağını yandıraraq üzərində “Borçalı qədim Azərbaycan torpağıdır”, “Marneuli, Bolnisi və Rustavini qaytarın” yazılarının olduğu plakatlar asıblar. Polis əməkdaşları plakatları azarkeşlərin əllərindən operativ şəkildə alıb. Oyundan sonra Qəbələyə gələn gürcü azarkeşlərin avtobusu daşa basılıb. Xəsarət alan yoxdur.
Bununla yanaşı, iyulun 2-də “Dinamo” ilə “Qəbələ” klubları arasında Avropa Liqasının ilk seçmə oyununda Tbilisidə gürcü azarkeşlər Azərbaycan bayrağını yandıraraq ölkəyə qarşı ərazi iddialarının yer aldığı plakat asıblar və 4 azərbaycanlı azarkeşi döyüblər.
Tbilisidə keçirilən oyun ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Cümə axşamı isə “Qəbələ” “Dinamo”ya 2:0 hesabı ilə qalib gələrək UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinə vəsiqə qazanıb.
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət