“NBC Bank” 5 mln. 2,326 min manat məbləğində səhmin əlavə emissiyasının yerləşdirilmə müddətini 2015-ci il noyabrın 19-na qədər uzadıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən (QKDK) məlumat verilib.
“Əlavə emissiyanın yerləşdirilməsi 2015-ci il noyabrın 19-da başa çatacaq. Müvafiq dəyişikliklər emissiya prospektinə daxil edilib”,- deyə QKDK-dan bildirilib.
Əlavə emissiya nəticəsində bankın nizamnamə kapitalı 10,7% - 51 mln. 538,426 min manata qədər artacaq. QKDK bankın səhmlərinin əlavə emissiya prospektini 2014-cü il noyabrın 19-da qeydiyyata alıb.
Əlavə emissiya bir qiymətli kağızın nominal dəyəri 243,6 manat olan 20,535 min ədəd səhmə bölünüb.
Hazırda “NBC Bank”ın nizamnamə kapitalı 46 mln. 536,1 min manata bərabərdir.
“NBC Bank” 1992-ci ilin dekabr ayında "Ruzu bank" kimi təsis edilib. 2003-cü ilin yanvar ayında bankın adı “NBC Bank” ilə əvəz edilib. Hazırda bank aktivlərinin həcminə görə Azərbaycanın 30 aparıcı bankından biridir.
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət