Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2015-ci ilin əvvəlindən müvəkkil kredit təşkilatları vasitəsilə sahibkarlara 97 mln. 16,4 min manat güzəştli kredit verib. Bu barədə fondun kreditləşmə sahəsində fəaliyyətinə dair hesabatda deyilir. Hesabat rəsmi mətbuatda dərc edilib.
Xəbər verildiyi kimi, 2014-cü ilin yanvar-iyun aylarında fondun vəsaitləri hesabına sahibkarlara 129 mln. 36,9 min manat kredit verilib. Beləliklə, 2015-ci ilin I yarısında SKMF-in xətti ilə kreditləşmənin həcmi 24,8% azalıb.
2015-ci ilin yanvar-iyun aylarında fondun vəsaitləri hesabına 2,972 min sahibkarın layihələri maliyyələşdirilib (artım 12,9% - İF-Az). Bu isə 6,566 min yeni iş yerinin açılmasına imkan verəcək (artım 9,7% - İF-Az).
Hesabat dövründə sənaye məhsullarının istehsalı və emalı sahəsində 13 mln. 298 min manat məbləğində 57 layihə, kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində 63 mln. 670,4 min manat məbləğində 2,908 min layihə, kənd təsərrüfatı məhsullarının emalı sahəsində 56 min manat məbləğində 2 layihə, xidmət (infrastruktur) sahəsininin inkişafı üzrə 19 mln. 992 min manat məbləğində 5 layihə maliyyələşdirilib.
Məlumata əsasən, SKMF 2015-ci ilin I yarısında 62 mln. 108,5 min manat məbləğində 21 xüsusi iri, 32 mln. 834,9 min manat məbləğində 2,941 min kiçik, 2 mln. 73 min manat məbləğində 10 orta həcmli kredit verilib.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 50-dən artıq bank və qeyri-bank kredit təşkilatı vasitəsilə həyata keçirilir. 2014-cü ildə fondun xətti ilə sahibkarlara 295 mln. manat məbləğində güzəştli kredit verilib
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət