Rusiya Hərbi Dəniz Donanmasının “Qrad Sviyajs”, “Uqliç” kiçik raket gəmiləri və “Dağıstan” raket gəmisi, Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin “Sarıarka” və “Oral” raket artilleriya gəmiləri, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin “G-122” və “G-124” keşikçi-patrul gəmiləri “Xəzər Kuboku - 2015” beynəlxalq müsabiqəsinin proqramının elementlərini yerinə yetirmək üçün dənizə çıxıblar. Bu barədə jurnalistlərə RF Müdafiə Nazirliyinin Hərbi Dəniz Donanması üzrə Mətbuat xidməti və məlumat İdarəsinin nümayəndəsi, I dərəcəli kapitan İqor Dıqalo məlumat verib.
“Xəzər Kuboku-2015” müsabiqəsinə hazırlıq çərçivəsində Rusiya, Qazaxıstan və Azərbaycanın hərbi dəniz donanmalarının gəmiləri kiçik ölçülü dəniz hədəfi, hava hədəfi və üzən minaya atəş üzrə hazırlıq xarakterli bir sıra artilleriya atışları həyata keçirəcəklər”,- deyə İ.Dıqalo cümə axşamı bildirib.
O söyləyib ki, hazırda gəmilərin komandanlıqları və ekipaj üzvləri döyüş tapşırıqlarının yerinə yetiriləcəyi sahələrin təchizatı, atış sərhədləri, atəş açılması və kəsilməsi hədlərini müfəssəl şəkildə öyrənir, eləcə də dəniz rayonunun naviqasiya xüsusiyyətləri ilə tanış olurlar.
“Xəzər Kuboku-2015” müsabiqəsi avqustun 3-də start götürəcək.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət