2015-ci ilin oktyabr ayının ikinci yarısında Bakıda Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şuranın sessiyası keçiriləcək. Bu barədə jurnalistlərə Şuranın prezidenti Tatyana Anodina məlumat verib.
T.Anodinanın başçılıq etdiyi Dövlətlərarası Şuranın nümayəndə heyəti iyulun 21-27-də Azərbaycanda işgüzar səfərdə olub. Səfər zamanı nümayəndə heyəti bir sıra görüşlər, o cümlədən Azərbaycanın baş naziri Artur Rasizadə və xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb.
“Danışıqlarda bu ilin oktyabr ayının ikinci yarısında Bakıda təşkil ediləcək Dövlətlərarası Şuranın sessiyasının keçirilməsinin əhəmiyyətini də vurğuladım. Bu, beynəlxalq mülki aviasiya üçün çox böyük və əlamətdar hadisə olacaq. Cari ilin iyununda ICAO Şurasının Prezidenti Olumuiva Benard Aliu ilə görüşdə onu Dövlətlərarası Şuranın Bakı sessiyasında iştirak etməyə dəvət etdim. Biz digər beynəlxalq təşkilatların rəhbərlərini də dəvət etməyi planlaşdırırıq”, - deyə T.Anodina qeyd edib.
Onun sözlərinə görə, Dövlətlərarası Şurasının qərarı və Azərbaycan hökuməti arasında 2015-ci ilin yanvar ayında qüvvəyə minmiş sazişə uyğun olaraq Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şuranın Bakıda mənzil-qərargahı açılıb.
“Dövlətlərarası Şuranın Bakıdakı mənzil-qərargahı artıq fəal işə başlayıb və bir sıra sərəncamçı sənədlər, o cümlədən AZAL ilə saziş imzalanıb. Dövlətlərarası Şuranın mənzil-qərargahının Bakıda yaradılması Azərbaycan aviasiyasının daha səmərəli inkişafına, onun beynəlxalq aləmdə tanınmasına və inkişafına və aviasiya infrastrukturunun təkmilləşməsinə kömək edəcək”, - deyə T.Anodina bildirib.
Şuranın prezidenti, həmçinin Azərbaycan mülki aviasiyasının cari vəziyyətini yüksək qiymətləndirib.
“Azərbaycan mülki aviasiyası yeni inkişaf mərhələsinə qədəm qoyub. Aviasiya parkı tamamilə yenidən təchiz olunub, ölkənin müxtəlif bölgələrində müasir hava limanları və avianaviqasiya mərkəzləri inşa edilib. Onlar da təyyarələr kimi, Dövlətlərarası Aviasiya Komitəsinin (DAK - mənzil-qərargahı Moskvada yerləşir) beynəlxalq sertifikatlarına malikdirlər və ICAO-nun standartlarına tam cavab verirlər. Bundan başqa, Azərbaycanın mülki aviasiyasında güclü və yüksək ixtisaslı milli kadrlar formalaşıb”, - deyə T.Anodina vurğulayıb.
Dövlətlərarası Şura və onun icraçı orqanı - Dövlətlərarası Aviasiya Komitəsi üçün aşağıdakı birgə tənzimləmə sahələri müəyyən edilib: hava gəmilərinin sertifikasiyası, onların istehsalı və təmiri; beynəlxalq aerodromların və aeronaviqasiya mərkəzlərinin sertifikasiyası; aviasiya mütəxəssislərinin hazırlanması və tədris müəssisələrinin sertifikasiyası; uçuşların təhlükəsizliyi və aviasiya terrorçuluğunun qarşısının alınması üzrə tədbirlərin hazırlanması; monopoliyanın aradan qaldırılması, vicdanlı rəqabət və aviasiya bazarının liberallaşdırılması əsasında beynəlxalq hava əlaqələri sahəsində əlaqələndirilmiş siyasətin aparılması.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət