İran hakimiyyəti sanksiyaların tətbiq edildiyi illər ərzində köhnəlmiş hava flotunu müasirləşdirmək məqsədi ilə dünyanın aparıcı istehsalçılarından olan “Boeing” və “Airbus” şirkətlərindən 90-a qədər təyyarə almaq niyyətindədir. Bu barədə “MarketWatch” xəbər verir.
“İran bu iki nəhəng şirkətdən ümumilikdə 80-90 təyyarə almaq niyyətindədir”, - deyə İRNA agentliyi İran Mülki Aviasiya Təşkilatının nümayəndəsi Məhəmməd Hada Karmiyə istinadən bildirir.
Məmur qeyd edib ki, hər iki konserndən bərabər sayda təyyarələr alınacaq.
İyun ayında İranın nəqliyyat naziri Abbas Axundi qeyd edib ki, yaxın 10 ildə İrana 400-ə yaxın təyyarə lazım olacaq ki, onların da dəyəri ümumilikdə $20 mlrd. təşkil edəcək.
M.Hada Karmi satınalamaların daha geniş proqramı barədə danışaraq bildirib ki, yaxın 3 ildə İranın mülki aviasiya parkındakı təyyarələrin sayı 300-ə çatacaq.
İran mülki aviasiya təşkilatı Tehran üçün qeyd edilən məhdudiyyətlərin başa çatması ilə əlaqədar sərnişin təyyarələri parkının yenilənməsi, iyul ayında İranın nüvə proqramı üzrə hərtərəfəli tədbirlər planına əsasən avialaynerlərin satınalınması və lizinqinə dair qərar qəbul edib.
M.Hadi Karmi deyib ki, hökumət geniş miqyaslı proqramın həyata keçirilməsi üçün dövlət fondlarından vəsaitlər, bir sıra mexanizmlər, o cümlədən lizinq və xarici borclar cəlb etmək niyyətindədir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət