ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviçin azərbaycanlı jurnalist Rasim Əliyevin ölümü ilə bağlı düzgün məlumatı yoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mətbuat Şurasının sədri Əflatun Amaşov bəyan edib.
“Dunya Miyatoviç bu məsələ ilə əlaqədar müraciətlə çıxış edib. Hesab edirəm ki, xanım Miyatoviçin Rasim Əliyevin ölümü ilə bağlı ətraflı məlumatı yoxdur və buna görə hadisəni söz azadlığı sahəsində problemlərlə əlaqələndirir”, - deyə Ə.Amaşov bu məsələ ilə əlaqədar ATƏT-in nümayəndəsinin Azərbaycan prezidentinə ünvanladığı müraciətini şərh edərkən bildirib.
Ə.Amaşovun sözlərinə görə, hazırda Mətbuat Şurasında R.Əliyevin ölümü ilə əlaqədar məsələnin müzakirə olunduğu xüsusi iclas keçirilir.
Avqustun 8-də R.Əliyev “Qəbələ” futbol klubunun oyunçusu Cavid Qurbanovun qohumları tərəfindən Bakının Bayıl qəsəbəsi ərazisində hücuma məruz qalıb. R.Əliyev çoxsaylı bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, lakin avqustun 9-da saat 05:00 radələrində orada vəfat edib. Jurnalistə hücumun səbəbi R.Əliyevin “Facebook” səhifəsində avqustun 6-da «Qəbələ» futbol klubunun heyətində Kipr Respublikasının «Apollon» futbol klubu ilə Bakı şəhərində keçirilən oyunda iştirakından sonra jurnalistlərin suallarını cavablandırarkən futbolçunun yol verdiyi hərəkətlərə görə tənqidi fikirləri olub.
Məhkəmənin qərarına əsasən jurnalist R.Əliyevin ölüm faktı ilə bağlı qaldırılan cinayət işi ilə əlaqədar Cavid Hüseynov, onun bibisi oğlu Elşən İsmayılov, ona yaxın olan Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayev həbs olunublar.
C.Hüseynov və E.İsmayılov barəsində Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrinə əsasən məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
S.Mustafayev, C.Məmmədov, K.Mədətov və A.Əliyev Cinayət Məcəlləsinin 126.3-cü maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinib və barələrində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.
R.Babayev
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət