Beynəlxalq təşkilatların Azərbaycanın ünvanına səsləndirdiyi tənqidlərə baxmayaraq, biz ölkəmizin daha yaxşı gələcəyinin təmin edilməsi üçün səy göstərməliyik. Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov söyləyib.
“ Milli Məclisə seçkilər Azərbayvanın gələcək taleyində rol oynayacaq ciddi hadisədir. Dünyadakı hər bir ölkə öz standartlarını təyin edir.Həqiqət belədir. Bu o demək deyil ki, biz demokratiya prinsiplərini unutmalıyıq. Əksinə , biz onları dəstəkləməliyik. Azərbaycanın taleyi bizim öz əlimizdədir”, - deyə M.Pənahov Avropa İttifaqı və MSK-nın namizədlərin qeydiyyatı prosedurunun gücləndirilməsi məqsədi ilə keçirdiyi birgə treninqdə bildirib.
Onun sözlərinə görə, Azərbaycan vətəndaşları öz ölkəsi üçün ən yaxşı gələcəyi özləri müəyyənləşdirməlidirlər.
“Əgər xaricdən və ya ölkə daxilində kimsə bunun pis olduğunu düşünürsə, bu barədə danışa bilər.Ancaq biz öz işimizi görməli, əhalinin böyük əksəriyyətinin öz iradəsini ifadə etməsini təmin etməli və buna hörmətlə yanaşmalıyıq”,- deyə MSK sədri qeyd edib.
O söyləyib ki, Azərbaycanın hər bir vətəndaşı anlamalıdır ki, tutduğu mövqedən asılı olmayaraq , hər bir kəs çoxluğun fikirini qəbul etməlidir.
“Təəəsüf ki, bizdə çoxluğun rəyini qəbul etmək kimi yüksək mədəniyyət kifayət qədər inkişaf etməyib. Güclü sosial bazaya malik olanlarla hesablaşmaq lazımdır”,- deyə M.Pənahov qeyd edib.
Onun sözlərinə görə, istənilən tənqidə rasional yanaşmaq lazımdır.
“ Tənqid konstruktivdirsə, o zaman tənqidçinin qaldırdığı problemləri aradan qaldırmağa çalışmaq lazımdır. Azərbaycanda ictimai siyasi sabitlik hökm sürür, Azərbaycanda həyat üçün çox yaxşı şərait yaradılıb. Əgər kimsə nöqsan axtarırsa, burda təəccüblənəcək heç nə yoxdur”,- deyə MSK sədri bildirib.
O söyləyib ki, heç bir şeyə baxmayaraq , Azərbaycanın demokratik imicinin möhkəmləndirilməsi istiqamətində işləri yerinə yetirmək lazımdır.
“ Mən zamanın Azərbaycanın xeyrinə işlədiyinə şübhə etmirəm. Zaman göstərir ki, azərbaycanlılar bəzi dairələrin nümayəndələrinin stereotip fikirlkərindən uzaqdırlar. Azərbaycan vətəndaşları dünyanın sivil cəmiyyətinin layiqli nümayəndələridirlər. Dünyada baş verən proseslər fonunda biz Azərbaycanın ən yaxşı tərəfini göstərməliyik və onlardan Azərbaycan xalqı üçün layiqli yer tələb etməliyik. Biz bütün vətəndaşlarımıza eyni gözlə baxırıq, hər kəs azaddır və özünü ifadə hüququna malikdir”,- deyə o əlavə edib.
M.Pənahov qeyd edib ki, Azərbaycan, o cümlədən MSK beynəlxalq təşkilatlarla əməkdaşlığa hazırdır.
“Və biz maraqlarımız naminə mübarizə aparmağa hazırıqı”,- deyə MSK sədri qeyd edib.
R. Babayev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət