Rəsmi Bakı ABŞ Dövlət Departamentini məhkəmə tərəfindən hüquq müdafiəçiləri Leyla Yunus və Arif Yunus barəsində çıxarılmış ittiham hökmünə və məhkəmə hakimiyyətinin müstəqilliyinə hörmətlə yanaşmağa çağırır.
"ABŞ Dövlət Departamentini birinci instansiya məhkəməsi tərəfindən Leyla Yunus və Arif Yunus barəsində 13 avqust 2015-ci tarixində çıxarılmış ittiham hökmünə və məhkəmə hakimiyyətinin müstəqilliyinə hörmətlə yanaşmağa çağırırıq", - deyə Xarici Işlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin Dövlət Departamentinin çıxarılmış məhkəmə qərarı ilə bağlı açıqlamasına münasibətdə bildirilir.
H.Hacıyevin sözlərinə görə, Azərbaycanda heç kim peşəkar fəaliyyətinə və siyasi baxışlarına görə təqib olunmur.
" Lakin qanun qarşısında hamı bərabərdir və hüquq müdafiəçisi fəaliyyəti ilə məşğul olmaq heç kimi cinayət məsuliyyətindən azad etmir", - deyə H.Hacıyev bildirir.
O, Dövlət Departamentinin məhkəmə prosesinin müşahidəçilər üçün qapalı keçirilməsi və ittiham edilən şəxslərə tibbi yardımın göstərilməməsi ittihamlarını rədd edib.
H.Hacıyevin sözlərinə görə, ABŞ-a məlumdur ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesinin tərkib hissəsi kimi xalqlar arasında konstruktiv dialoqun tərəfdarı olan rəsmi Bakı dəfələrlə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmaları arasında təmasların qurulmasını təklif edib.
Avqustun 13-də Bakı məhkəməsinin çıxardığı hökmə əsasən, Leyla Yunus 8,5 il, Arif Yunus 7 il hıbs cəzasına məhkum olunublar. İttihamnaməyə əsasən, Leyla Yunus bütün maddələr, 396 min manat ümumi məbləğdə müxtəlif vergilər ödəməyərək dələduzluq və mənimsənilmə faktları üzrə müqəssirdir. Ö növbəsində, onun həyat yoldaşı Arif Yunus 130 min manat məbləğində dələduzluq faktı törədib.
Dünən Dövlət Departamentinin nümayəndəsi Con Kirbi açıqlamasında bildirib ki, ABŞ hüquq müdafiəçiləri haqqında verilən məhkəmə qərarından narahatdır. Diplomat həmçinin bildirib ki, hüquqi proses zamanı qanun pozuntuları ilə bağlı yayılan xəbərlərə görə ciddi narahatdır. “Biz xüsusi ilə onların sağlamlığına görə narahatlıq hissi keçiririk və hakimiyəti dərhal onları hümanitar əsaslarla sərbəst buraxmalarına çağırırıq”, - deyə o qeyd edib.
Y.Əliyev
Yerli avto nəqliyyat daşıyıcılarından növbəti uğur!
AccessBank QSC Prolongation of HPE equipments support 2024 üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-dan ev təmiri üçün illik 9.5% ilə nağd pul krediti
«Nar» komandası «Breyn Rinq» yarışının qalibi oldu
AccessBank yenilənmiş konseptli “20 yanvar” filialını istifadəyə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət