2015-ci il yanvardan avqust ayına qədər olan dövr ərzində Azərbaycan Silahlı Qüvvələri Ermənistana məxsus 7 pilotsuz uçan aparat məhv ediblər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Nazirliyin məlumatına görə, düşmən iyul ayında daha çox fəallıq nümayiş edib. Belə ki, məhz bu ayda Azərbaycan Hərbi-Hava Qüvvələri pilotsuz uçan aparatların yarısından çoxunu məhv ediblər.
Qeyd olunub ki, cari il ilk PUA yanvarın 29-da cəbhənin Ağdam rayonu istiqamətində Azərbaycan mövqeləri üzərindən uçuş həyata keçirdiyi zaman vurulub. İyulun 4-də ölkənin Hərbi-Hava Qüvvələri cəbhənin Tərtər rayonu istiqamətində 2 PUA vurublar. Daha sonra, iyulun 7-də cəbhənin Fizuli rayonu və iyulun 29-da Ağdam rayonu istiqamətində Azərbaycan ordusunun bölmələri 2 ədəd “DJI Inspire1” (Quadcopter) markalı PUA məhv ediblər. Ermənistana məxsus PUA-nın vurulması ilə bağlı son hadisə avqustun 6-da baş verib. Belə ki, cəbhənin Ağdam rayonu istiqamətində 2 ədəd «Krunk-25» markalı PUA məhv edilib.
F.İsazadə
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət