Azərbaycan Yaponiyanın azərbaycanlı qaçqın və məcburi köçkünlərə ayırdığı yardımları yüksək qiymətləndirir. Bu barədə Azərbaycan Respublikası baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov Yaponiya xarici işlər nazirinin müavini, hakim Liberal Demokratik Partiyadan parlamentin üzvü Kentaro Sonoura ilə görüşü zamanı bəyan edib.
“AzərTAc” dövlət informasiya agentliyinin məlumatına görə, bununla əlaqədar Ə.Həsənov “Fuji optical” şirkətinin bu sahədə fəaliyyətini xüsusi qeyd edib.
Ə.Həsənov həmsöhbətinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verib. O qeyd edib ki, münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupunun fəaliyyəti hələ ki, bir nəticə vermir.
Yaponiyanın münaqişə ilə bağlı ədalətli mövqeyinə görə minnətdarlığını çatdıran Ə.Həsənov bundan sonra da Tokionun Azərbaycanın haqq işini dəstəkləyəcəyinə əmin olduğunu bildirib.
Baş nazirin müavini ölkələr arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb, göstərilən humanitar yardımlara görə Azərbaycan hökuməti adından minnətdarlığını bildirib. O bundan sonra da Bakı ilə Tokio arasında həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın davam etdirilməsinin zəruriliyini vurğulayıb.
Öz növbəsində K.Sonoura ölkələr arasında əməkdaşlığın son illər sürətlə inkişaf etdiyini O, Yaponiyanın qaçqın və məcburi köçkünlər, eyni zamanda, narkotik maddələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə sahəsində beynəlxalq nəzarətin gücləndirilməsinə dəstək verdiyini, ərazi münaqişəsinin onun ölkəsi üçün də tanış mövzu olduğunu söyləyib. K.Sonoura vurğulayıb ki, Yaponiya Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıyır və ona hörmətlə yanaşır.
O, Yaponiyanın Azərbaycan ilə yüksək səviyyəli əlaqələr qurmaqda maraqlı olduğunu bildirib.
Azərbaycan baş nazirinin müavini Əli Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Yaponiya hökumətinin dəvəti ilə avqustun 24-dən etibarən Yaponiyada rəsmi səfərdədir. Avqustun 31-dək davam edəcək səfəri məqsədi hər iki ölkə arasında dostluq əlaqələrinin və humanitar sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsindən ibarətdir.
Həmçinin Ə.Həsənov Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JİCA) vitse-prezidenti xanım Kae Yanaqisava ilə görüşüb. Görüşdə Azərbaycanın qaçqın və məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı indiyədək həyata keçirdiyi və keçirəcəyi tədbirlər müzakirə edilib.
Ə.Həsənov Azərbaycanda həyata keçirilən investisiya layihələrində Yaponiya hökumətinin və şirkətlərinin iştirakını xatırladaraq, su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasında Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin rolunu yüksək qiymətləndirib.
Görüşdə Azərbaycan hökumətinin qaçqın və məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı indiyədək həyata keçirdiyi və keçirəcəyi tədbirlər müzakirə edilib.
Öz növbəsində K.Yanaqisava Yaponiyanın Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllində, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarında maraqlı olduğunu, ölkəsinin daim Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyini bildirib.
O, təmsil etdiyi qurumun təhsil və səhiyyə sahəsində Azərbaycanla birgə yeni layihələrin həyata keçirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.
F.İsazadə
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət