“Kapital Bank” müştəri xidmətlərini "Elektron Hökumət" portalı vasitəsilə sadələşdirməyi planlaşdırır. Bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzinin (MHM) saytında məlumat verilir.
“MHM-də bankın nümayəndələri ilə keçirilən görüşdə əməkdaşlıq məsələləri müzakirə olunub”,- deyə məlumatda bildirilir.
Toplantı çərçivəsində portal üzərindən təqdim olunan, xüsusilə də bank sektorunun maraq dairəsində olan elektron arayışlar barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, portal vasitəsilə vətəndaş tərəfindən fərdə aid 9 adda arayışın formalaşdırılması mümkündür. Bu arayışlardan "Vətəndaşa aid fərdi məlumatlar üzrə arayış" və "İş yerinə dair arayış"ın bankların diqqət mərkəzində olduğu, hazırda 20-yə yaxın bank və bir neçə lizinq şirkətinin kağız üzərində sənəd tələbini vətəndaşlar tərəfindən formalaşdırılan və elektron formada göndərilən arayışlar vasitəsilə aradan qaldırdığı vurğulanıb.
Həmçinin cari ildə mobil tərtibatların hazırlanmasına başlandığı, tezliklə sosial əhəmiyyətli mobil əlavələrin tətbiqinə keçiləcəyi bildirib. Toplantı çərçivəsində prezentasiya üzrə "Elektron Hökumət" portalının mobil versiyası nümayiş etdirilib.
“Kapital Bank”Azərbaycanda 140 ildir fəaliyyət göstərir və hazırda aparıcı bankların beşliyinə daxildir. Bankın səhmdarları “PAŞA Holdinq” (99,87%) və fiziki şəxslərdir (0,13%).
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət