Milli Məclisin Regional Məsələlər Komitəsinin üzvləri Avropa Parlamentinin Azərbaycanla bağlı tənqidi fikirləri əks etdirən qətnaməsini qınayıblar.
“Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi son qətnamə başdan ayağa qədər əsassız və cəfəng fikirlərə əsaslanıb və Azərbaycan dövlətinin reallıqlarından uzaqdır”, - deyə Milli Məclisin payız sessiyası çərçivəsində Regional Məsələlər Komitəsinin ilk iclasında komitə sədri Arif Rəhimzadə bildirib.
Onun sözlərinə görə, Qərb sivilizasiyası bu gün hesab edir ki, hər kəs sözsüz şəkildə onun iradə və istəklərinə tabe olmalıdır.
“Onlar istəyirlər ki bütün dünya onların istəkləri əsasında hərəkət etsin. Bunun nəticələrini biz İraq, Suriya və digər ölkələrdə, o cümlədən Ukrayna və Moldovada görürük. Qeyd etmək istəyirəm ki, 90-cı illərdə Azərbaycan çətin zamanlar keçirib və buna görə də artıq Azərbaycan xalqı bir daha heç bir zaman belə prosesləri dəstəkləməyəcək”,- deyə A.Rəhimzadə bildirib.
O deyib ki, Qərbin əsas məqsədi gənc, müstəqil dövlətləri Qərb meyllərinə xidmətə yönəltməkdir.
Komitə sədri söyləyib ki, bazar ertəsi bu məsələ Milli Məclisin növbədənkənar plenar iclasında müzakirə olunacaq.
Komitənin üzvü Fəzail İbrahimli qeyd edib ki, Avropa Parlamentinin qətnaməsi müəyyən dairələrin Bakının müstəqil siyasət yürütməsinə qısqanc münasibətindən irəli gəlib.
“Biz hamımız bilirik ki, Azərbaycan dünya ictimaiyyətinin diqqətini cəlb edən genişmiqyaslı tədbirlərə ev sahibliyi edir. Avropa Parlamenti və anti-Azərbaycan qüvvələr onları qıcıqlandıran bu məsələyə qərəzli formada reaksiya verirlər”, - deyə deputat vurğulayıb.
Onun sözlərinə görə, Avropa Şurası da Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirir.
“Avropa Şurasının müxtəlif strukturlarının tədbirlərində Azərbaycana dair məsələlər tədbirin ilk günündə müzakirəyə çıxarılır. Ermənistanla bağlı məsələləri isə tədbirin sonunda müzakirə etməyə çalışırlar , çünki ya hamı yorulmuş olur və ya kvorum olmur”,- deyə F.İbrahimli qeyd edib.
İclasın gündəliyinə komitənin Milli Məclisin payız sessiyası çərçivəsində iş planı, parlamentin yaz sessiyasının işinə yekun vurulması daxildir.
Qeyd edilib ki, komitə payızda “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Torpaq islahatı haqqında”, “Torpaq bazarı haqqında” qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihələrini, eləcə də Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə dəyişikliklər edilməsi haqqında qanun layihəsini Milli Məclisin plenar iclasının müzakirəsinə çıxarmağı planlaşdırır.
A.Rəhimzadənin sözlərinə görə, Milli Məclisin yaz sessiyasında komitənin 6 iclası keçirilib, bu iclaslarda 10 məsələyə, o cümlədən 6 qanun layihəsinə baxılıb ki, bu qanun layihələri daha sonra parlamentin plenar iclasında qəbul edilib.
R.Babayev
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət