SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) Yunanıstanın DESFA qazpaylayıcı şirkətinin səhmlərinin 66%-ni almağa ümid edir. Bu barədə bazar ertəsi jurnalistlərə SOCAR-ın prezidenti Rövnəq Abdullayev məlumat verib.
«Biz bu məsələnin həllini 2015-ci ilin dekabrına qədər dondurmuşuq. İndi Yunanıstan parlamentinə keçiriləcək növbədənkənar seçkilərin nəticələrini gözləyirik və seçkilərdən sonra yeni hökumətlə bu məsələni müzakirə edəcəyik. Biz əldə edəcəyimiz səhm paketində heç bir dəyişiklik gözləmirik və bu şirkətin səhmlərinin 66%-ni alacağımıza ümid edirik”, - deyə o bildirib.
Daha əvvəl Yunanıstanın Dövlət Əmlakının İdarə Edilməsi Fonduna (Hellenic Republic Asset Development Fund, HRADF) istinadən bildirilirdi ki, SOCAR 2015-ci il dekabrın 21-nə qədər DESFA-nın səhmlərinin 66%-nin alınması üzrə sövdələşməni başa çatdırmağa ümid edir.
Hazırda DESFA şirkətinin özəlləşdirilməsi üzrə 2 variant mövcuddur. Birinci variant DESFA-nın müsabiqədə müəyyən edilmiş 66% səhminin satışının başa çatdırılmasını nəzərdə tutur, lakin Yunanıstan hökuməti tərəfindən qazpaylayıcı şirkətin səhmlərinin 17%-nin alınmasına dair əlavə saziş olmalıdır. Beləliklə, DESFA-nın səhmlərinin 51%-i Yunanıstan tərəfində qalacaq. İkinci variant ödəniş üçün tələb olunan məbləği dəyişdirməklə DESFA-nın səhmlərinin 49%-nin SOCAR-a satışını nəzərdə tutur.
2013-cü il iyulun 31-də HRADF DESFA qazpaylayıcı şirkətinin 66%-lik səhm paketinin Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən 400 mln. avroya alınmasına dair sövdələşməni təqdir edib. 2013-cü ilin dekabr ayında ARDNŞ ilə Yunanıstanın Dövlət Özəlləşdirmə Fondu və “Petroleum” şirkəti arasında “Səhmlərin Alqı-Satqı Müqaviləsi” və “Səhmdarlar haqqında Müqavilə” imzalanıb.
ARDNŞ DESFA-nın səhmlərinin 31%-ni Yunanıstan hökumətindən, 35%-ni “Hellenic Petroleum SA” şirkətindən alır. DESFA üzərində nəzarətin SOCAR şirkətinə verilməsinə qədər Yunanıstan şirkətinin səhmlər paketinə HRADF tərəfindən nəzarət edilir.
2014-cü ilin noyabr ayında Avropa Komissiyası Yunanıstanın DESFA qaz nəqli sistemi operatorunun səhmlərinin 66%-nin SOCAR tərəfindən alınmasına dair sövdələşmənin Avropa İttifaqının reqlamentinə uyğunluğunu qiymətləndirmək üçün araşdırmalara başlayıb. 2015-ci ilin sonuna kimi Avropa Komissiyası bu məsələyə dair son qərarını verməlidir.
DEPA və DESFA-nın satışı bu ölkənin özəlləşdirmə proqramının əsas bəndlərindən biri hesab olunur. Yunanıstan onların satışından 1,5 mlrd. avroya yaxın vəsait əldə etməyi nəzərdə tuturdu.
N.Abbasova
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Bank Respublika”dan SƏPSƏRİN kredit şərtləri!
Yelo Bank-dan illik 5%-lik kreditlə biznesinizi böyüdün
«Bakcell» Azərbaycanda daha bir ilkə imza atdı - Wi-Fi üzərindən zəng xidməti istifadəyə verildi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət