Azərbaycandan siyasi sığınacaq istəmiş erməni ictimai xadim Vaan Martirosyan bəyan edir ki, ermənilər yeni müharibə istəmirlər.
“Ermənistanda sağlam düşünən insanların heç biri, xüsusilə əvvəllər azərbaycanlılarla birgə yaşamış yaşlı nəsil müharibənin yenidən başlamasını istəmir”, - deyə V.Martirosyan cümə günü Bakıda mətbuat konfransında çıxışı zamanı bildirib.
“Müharibənin yenidən başlaması hər iki xalq üçün ikinci ən böyük faciə olacaq”,- deyə o əlavə edib.
V.Martirosyanın sözlərinə görə, Ermənistan silahlı qüvvələri acınacaqlı vəziyyətdədir və gənc ermənilər kütləvi surətdə orduda xidmətdən yayınırlar.
O qeyd edib ki, gənclər Dağlıq Qarabağda yaşamaq istəmirlər, buna görə də regionun əsas sakinləri yaşlı nəsildən ibarətdir.
“Əgər indi Dağlıq Qarabağda müharibənin hər şeydən məhrum etdiyi əhali arasında referendum keçirilsə, hakimiyyətin müdaxiləsi olmadan Dağlıq Qarabağ Azərbaycana birləşmək üçün səs verər. Orada torpaqlar boş qalıb. Şuşa ölü, boş şəhərdir, halbuki onun inkişafına milyonlarla dollar vəsait ayrılmışdı”, - deyə V. Martirosyan bildirib.
“İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin verdiyi xəbərə görə, V.Martirosyan mətbuat konfransına xanımı və övladı ilə gəlib.
Daha əvvəl Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu “İnterfaks-Azərbaycan” agentliyinə məlumat vermişdi ki, Ermənistanın “Daxili Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Martirosyan Bakıdan siyasi sığınacaq istəyib.
“Gürcüstanlı həmkarlarımın mənə verdikləri məktubda bildirilir ki, Vaan Martirosyan və onun xanımı döyülüblər. İnsident nəticəsində hamilə qadın uşağını itirib”, - deyə N.Cəfəroğlu qeyd edib.
Hüquq müdafiəçisinin sözlərinə görə, o, Azərbaycanın dövlət strukturları ilə əlaqə saxlayıb və onlar erməni müxalifətçiyə sığınacaq veriblər.
Ermənistan KİV-lərinin məlumatına görə, V.Martirosyan və xanımı avqustun 15-də hakim Respublika Partiyasının parlament fraksiyasının deputatı Mqer Sedrakyanın yaxınları və mühafizəçiləri tərəfindən döyülüb. Faktla bağlı cinayət işi açılıb.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət