2015-ci ilin 17 sentyabr tarixində iqamətgahı Brazilia şəhərində olmaqla, Azərbaycanın Trinidad və Tobaqo Respublikasındakı səfiri Elnur Sultanov Etimadnaməsini Trinidad və Tobaqo Respublikasının Prezidenti Antoni Karmonaya təqdim edib.
Mərasim zamanı səfir E.Sultanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xoş salamlarını A.Karmonaya çatdırıb. Səfir həmçinin, Azərbaycan ilə Trinidad və Tobaqo əlaqələrinin inkişaf etdirilməsi üçün potensialın mövcud olduğunu və iki ölkə arasında energetika, mədəniyyət, təhsil və digər sahələrdə əməkdaşlıq üçün imkanların olduğunu diqqətə çatdırıb.
Prezident A.Karmona səfir E.Sultanova təşəkkür edərək, səmimi salamlarının və ən xoş arzularının Azəraycan Respublikasının Prezidenti cənab İlham Əliyevə çatdırılmasını xahiş etdi. O həmçinin, ölkəsinin Azərbaycan ilə ikitərəfli əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu vurğuladı.
Görüş zamanı Azərbaycan ilə Trinidad və Tobaqo arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsi istiqamətində ətraflı fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində səfir E.Sultanov Trinidad və Tobaqo Respublikasının xarici işləri nazirliyinin rəsmiləri ilə bir sıra görüşlər keçirib və görüşlər zamanı ikitərəfli münasibətlərin genişləndirilməsi perspektivləri ətrafında ətraflı müzakirələr aparılıb.
--
Press Service
Ministry of Foreign Affairs
Republic of Azerbaijan
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət