Rusiya Azərbaycanla əczaçılıq sahəsində birgə müəssisələrin yaradılmasında maraqlıdır. Bu fikirləri RF sənaye və ticarət nazirinin müavini Sergey Tsıb Bakıda XXI Azərbaycan Beynəlxalq Səhiyyə “BIHE 2015” sərgisi çərçivəsində keçirilən “Rusiya-Azərbaycan: əczaçılıq və tibb sənayesi bu gün və sabah” forumunda söyləyib.
“Rusiya və Azərbaycanın əlaqələrinin istər Rusiya şirkətlərinin Azərbaycan bazarında fəaliyyətinin genişləndirilməsi, istərsə də birgə müəsisələrin yaradılması baxımından inkişafı RF sənaye siyasətinin prioritetlərindən biridir”, - deyə S.Tsıb bildirib.
Rusiya ekspozisiyası və işgüzar proqramının texniki təşkilatçısı olan “Svetlıy qorod” şirkətinin verdiyi məlumata görə, S.Tsıb qeyd edib ki, son 5 ildə Rusiyanın əczaçılıq və tibb sənayesi böyük uğurlar qazanıb.
“Biz Azərbaycan üçün ənənəvi tədarükçülərlə müqayisədə rəqabət qabiliyyətinə malikik”, - deyə o əlavə edib.
Azərbaycanın iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov qeyd edib ki, əczaçılıq sənayesinin inkişafı Azərbaycan üçün prioritetlərdən biridir.
“Buna görə də biz investisiyaların inkişafı üçün müxtəlif mexanizmlər hazırlayaraq istehsalçılara bir sıra imtiyazlar verən və infrastrukturun inkişafını nəzərdə tutan sənaye parklarında istehsalın yaradılması üçün şirkətlər cəlb etməklə əlverişli investisiya mühiti yaradırıq”, - deyə nazir müavini qeyd edib.
N.Səfərov Rusiya nümayəndə heyətini əmin edib ki, Rusiya şirkətləri Azərbaycan bazarında iştiraklarının genişləndirilməsi məsələsində İqtisadiyyat və Sənaye Nazirliyinin şəxsində etibarlı tərəfdaş qazanmış olacaqlar.
Forumda Azərbaycanın dərman vasitələrinin və tibb məmulatları bazarının qanunvericiliklə tənzimlənməsi, Rusiya istehsalı olan dərman vasitələrinin və tibb məmulatlarının ixracı, birgə istehasalın təşkili, respublikada dövlət dəstəyi tədbirləri kimi məsələlər müzakirə olunub.
Bakıda “BIHE-2015” sərgisində Rusiya Sənaye və Ticarət Nazirliyinin rəhbərliyi altında ilk dəfə Rusiya əczaçılıq və tibbi sənaye məhsullarının ekspozisiyası təqdim edilib. Sərgidə Rusiyanın pavilyonunda bu ölkənin 28 əczaçılıq və tibb sənayesi müəssisəsinin məhsulları təqdim olunub, 150-dən çox məhsul nümayiş etdirilib. Onların arasında reanimasiya aparatları, dərman preparatları, vaksin, reagent və bioloji nümunələrin saxlanılması üçün qurğular, havanın zərərsizləşdirilməsi üçün sistemlər, kardioimplantlar, posttravmatik reabilitasiya üçün tibb məmulatı, mikrocərrahiyyə və stomatologiya alətləri, habelə ginekoloji tədqiqatlar üçün dəstlər, infeksiyaya yoluxan xəstələrlə işləyən tibbi heyət üçün dezinfeksiyaedici vasitələr və sairəni qeyd etmək olar.
Hazırda Rusiya Azərbaycana idxalın strukturunda ikinci yerdə qərarlaşıb (dərman preparatlarının ümumi həcmininin 14%-i).
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət