Bazar ertəsi Hərbi Hava Qüvvələrinin pilotlarının hazırlığı mərkəzinin açılışı olub. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Açılış mərasimində iştirak edən müdafiə naziri, general-polkovnik Zakir Həsənov əvvəlcə “Mi-35” zərbə helikopteri ekipajlarının hazırlığı üçün nəzərdə tutulan kompleks trenajor mərkəzinə gələrək burada müxtəlif avadanlıqla tanış olub.
Mərkəzdə ixtisaslı mütəxəssislər tərəfindən hazırlanan gənc pilotlarla görüşən müdafiə naziri xüsusi qeyd edib ki, silahlanmada kifayət qədər döyüş aviasiyasına malik olan Silahlı Qüvvələrimiz Ali Baş Komandan tərəfindən verilən istənilən döyüş tapşırığını yerinə yetirməyə hazırdır.
Z.Həsənov həmçinin döyüş helikopterlərinin dayanması, onlara texniki xidmətin göstərilməsi və təmiri məqsədilə yeni tikilən və müasir avadanlıqla təchiz olunan anqarlara baxıb.
Sonra nazirliyin rəhbər heyəti uçuş və texniki heyəti üçün yeni inşa edilən müasir yeməkxana, hamam-camaşırxana-qazanxana kompleksinə gələrək burada yaradılan şəraitlə tanış olub.
Nazir zəruri infrastrukturla yanaşı, ailəli hərbi qulluqçular üçün nəzərdə tutulan və inşası davam etdirilən, hər biri 50 mənzilli müasir tipli üç binada aparılan tikinti işlərinin gedişatını yoxlayıb. O, tikintinin qısa müddətdə sona çatdırılması ilə bağlı müvafiq tapşırıqlarını verib.
Y.Əliyev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət