Aleksis Tsiprasın başçılıq etdiyi hökumətə daxil olan əsas nazirlər Yunanıstanda keçirilmiş növbədənkənar parlament seçkilərində qalib gələn SİRİZA partiyasının formalaşdırdığı yeni kabinetdə öz mövqelərini qoruyub saxlayıblar.
İyul-avqust aylarında ölkəyə beynəlxalq maliyyə yardımının ayrılması ilə bağlı danışıqlar aparmış maliyyə naziri Evklid Sakalotos da öz postuna geri qayıdıb.
Müşahidəçilər hesab edirlər ki, kabinetin tərkibi hökumətin kreditorlarla razılaşdırdığı kreditin ayrılması şərtlərini yerinə yetirməyə hazır olduğunu göstərir; kabinetin tərkibinə A.Tsipras hökumətinin ilk heyətində təmsil olunan radikal nazirlər daxildir.
Yeni hökumətin həyata keçirməli olduğu tədbirlərə vergilərin artırılması, pensiyaların və aqrar sektora subsidiyaların azaldılması və.s daxildir.
Xatırladaq ki, A.Tsiprasın başçılıq etdiyi SİRİZA partiyası ötən bazar günü keçirilmiş növbədənkənar parlament seçkilərində inamlı qələbə qazanaraq 300 deputat yerindən 145-nə sahib olub. Onlar koalisiya tərəfdaşları "Müstəqil yunanlar" partiyasının da 10 deputat yerinə yiyələnməsi nəticəsində hökuməti qurmaq üçün mandat əldə ediblər.
Afina üçüncü maliyyə yardımı paketi çərçivəsində kreditorlardan 86 mlrd. avro həcmində pul vəsaiti ala bilmək üçün yaxın vaxtlarda növbəti tədbirlər paketini yerinə yetirməlidir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət